Alternative content

09:44 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 22.07.2018

 

1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı milli qurtuluşumuzun başlanğıc tarixinə çevrildi. Dahi şəxsiyyətin muxtar respublikada həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar Azərbaycanın bugünkü inkişafına hesablanıb.

İlk dəfə Naxçıvandan başlanan aqrar islahatlar ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra genişləndirilərək iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Hazırda ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında aqrar sahədə kompleks islahatlar həyata keçirilir, hər il muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilən yeni kənd təsərrüfatı texnikalarına baxıb.

Məlumat verilib ki, bu il muxtar respublikaya 79 yeni texnika və avadanlıq alınıb gətirilib. Alınan texnikalardan 4-ü Almaniya istehsalı olan “Klass Dominator” markalı kombayn, 3-ü İtaliya istehsalı olan “Landini”, 8-i “New Holland”, 3-ü Çin istehsalı olan “FL” və 4-ü “Belarus” markalı müxtəlif güclü traktorlardır. “Klass Dominator” kombaynları keyfiyyəti və məhsuldarlığı ilə seçilir. Bu kombaynlar uzun müddət istismar olunmaqla yanaşı, həm də muxtar respublika relyefi üçün əlverişlidir. “Landini” markalı traktorlar da yüksək iş əmsalına malikdir.

Tələbata uyğun olaraq gətirilmiş 4 və 5 korpuslu 9 kotan, 2 kipvuran, 40 əl üçün otbiçən, 1 yemdoğrayan, meyvə bağlarının dərmanlanması üçün nəzərdə tutulan 2 çiləyici və digər texnikalar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin gübrə anbarlarında da tələbata uyğun ehtiyat yaradılıb.

Baxış zamanı qeyd olunub ki, muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları ilə təminatı məhsul yığımının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Hazırda muxtar respublikada taxıl biçini uğurla davam etdirilir.

Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının texnikalarla təminatı, kənd təsərrüfatı texnikalarının satışının davam etdirilməsi, yeni texnikalardan səmərəli istifadə olunması və bununla bağlı məlumatlandırma işlərinin aparılması barədə tapşırıqlar verib.