“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295; 2017, № 11, maddə 1959) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.1.1. kredit təşkilatları, lizinq xidmətləri göstərən hüquqi şəxslər, investisiya şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr, lotereya və idman mərc oyunları təşkilatçıları, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər üçün - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);”.
2. Aşağıdakı məzmunda 6.1.1-1-ci maddə əlavə edilsin:
“6.1.1-1. lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər üçün - maliyyə monitorinqi orqanı;”.
3. Aşağıdakı məzmunda 17.3-1-ci maddə əlavə edilsin:
“17.3-1. Maliyyə monitorinqi orqanı bu qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş məqsədlər üçün nəzarət orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resurslarından onlayn istifadə etməklə məlumat almaq hüququna malikdir. Maliyyə monitorinqi orqanının həmin informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini (alınan məlumatların dairəsini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.
4. Aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilsin:
“Maddə 17-1. Maliyyə monitorinqi orqanının işçilərinə dair tələblər
17-1.1. Maliyyə monitorinqi orqanının işçilərinə (o cümlədən rəhbərinə) dair tələblər aşağıdakılardır:
17-1.1.1. elmi, yaradıcılıq fəaliyyəti və maliyyə monitorinqi orqanının rəhbərinin, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmamaq;
17-1.1.2. maliyyə monitorinqi orqanının rəhbərinə, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanına bildirmədən xarici ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti hesabına xarici ölkəyə səfər etməmək;
17-1.1.3. vəzifələrinin icrası ilə əlaqədar dövlət sirri və qanunla mühafizə edilən digər sirr də daxil olmaqla, onlara məlum olmuş və xidməti fəaliyyətinə dair məlumatı həmişə, o cümlədən maliyyə monitorinqi orqanı ilə əmək münasibətlərinə xitam verildikdən sonra da saxlamaq və qanunla müəyyən olunmuş hallar istisna olmaqla bu məlumatı açıqlamamaq, habelə üçüncü şəxslərin xeyrinə istifadə etməmək;
17-1.1.4. vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmaq, bu zaman irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmək.
17-1.2. Maliyyə monitorinqi orqanının işçiləri (o cümlədən rəhbəri) xidməti vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2018-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!