Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birlik, bərabərlik, qardaşlıq təşkilatı
Birlik, bərabərlik, qardaşlıq təşkilatı
ANA SƏHİFƏ / Mədəniyyət
12:07 22.07.2018

 

Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən TÜRKSOY-un 25 illiyi qeyd olunur

 

XXI əsr tarixə türk xalqları arasında birliyin, bərabərliyin yüksəliş əsri kimi yazılmaqdadır. Qarşıya qoyulan hədəflərə çatmaq, nəzərdə tutulan böyük işlər, türk xalqları arasında əməkdaşlıq baxımından yeni-yeni uğurlara imza atılır. Müstəqil türk dövlətləri bir-biri ilə əlaqələrini gündən-günə genişləndirir. Xüsusilə də türkdilli xalqlara aid təşkilatların bu sahədə fəaliyyəti təqdirəlayiqdir. Belə qurumlardan biri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatıdır (TÜRKSOY). Bütün türkdilli xalqların mədəniyyət xadimlərini ətrafında toplayan bu təşkilatın 25 illiyi qeyd olunur.
1991-ci ildə on beş respublikanı birləşdirən Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) süquta uğradı. İttifaqın tərkibindəki respublikalar müstəqillik qazandılar. Onlardan beşi türkdillidir. Ortaq tarixə və mədəniyyətə malik olan türk xalqları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün bir təşkilatda birləşmələri zərurəti meydana çıxdı.
Belə bir təşkilatın qurulması haqqında ilkin fikirlər 1992-ci ildə irəli sürüldü. Təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində görüşlər keçirildi. 1993-cü ilin 12 iyulunda Qazaxıstanın paytaxtı Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən TÜRKSOY-un yaradılması haqqında protokol imzalandı. Sonrakı illərdə Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovaya bağlı Qaqauz Yeri Muxtar Bölgəsi və Şimali Kipr Türk Respublikası müşahidəçi qismində üzvlüyə qəbul edildilər.
Təşkilatçı ölkələrin dilləri, mədəniyyətləri bir-birinə yaxındır. TÜRKSOY yaradılarkən dil prinsipi əsas götürüldü. Türkdilli xalqların sosial-mədəni bənzərliyinin bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədi ilə dil birliyi üzərində qurulan bu təşkilatın həm əsas üzvlərinin, həm də üzvlüyə müşahidəçi qismində qəbul olunanların hüquqları bərabərdir.
TÜRKSOY üzv ölkələrin daxili və xarici siyasətindən, dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq, onların mədəniyyət və incəsənət sahəsində əməkdaşlığını həyata keçirir. Təşkilatının depozitar ölkəsi Türkiyə Respublikasıdır. TÜRKSOY-un Baş katibliyi Ankara şəhərində yerləşir.
Bu təşkilatın fəaliyyəti türkdilli dövlətlərin mədəniyyət nazirlərinin Daimi Şurası tərəfindən müəyyən olunur. Hər il üzv ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin Daimi Şurasının toplantılarında qəbul olunan qərarlar baş katiblik tərəfindən icra edilir. Toplantılar arası müddətdə təşkilata Daimi Şuranın qərarı ilə seçilmiş baş katib rəhbərlik edir. Baş katiblikdə hər üzv ölkədən bir nümayəndə fəaliyyət göstərir.
TÜRKSOY-un fəaliyyəti üzv ölkələrin dövlət başçılarının himayələrində həyata keçirilir və onlar tərəfindən yüksək səviyyəli görüşlərdə bu təşkilatın işləri yüksək dəyərləndirilir.
Təşkilat Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi qardaş təşkilatlarla sıx əməkdaşlıq qurur. Bundan başqa, TÜRKSOY bir çox bələdiyyə, universitet və qeyri-hökumət təşkilatları ilə müxtəlif əməkdaşlıq fəaliyyətləri həyata keçirir.
Həmçinin təşkilat eyni prinsip və məqsədləri paylaşdığı UNESCO və ISESCO ilə əməkdaşlıq edir. Ümumiyyətlə, məqsədinə, vəzifəsinə, fəaliyyət sahəsinə və prinsiplərinə görə TÜRKSOY UNESCO-nun strukturuna yaxın sayılır. Ona görə TÜRKSOY Türk Dünyasının UNESCO-su hesab olunur.
Təşkilat fəaliyyətini geniş dairədə həyata keçirməyə, Sibirdən Balkanlaradək böyük ərazilərdə ortaq mədəniyyətimizi dünyada təmsil və təbliğ etməyə səy göstərir. TÜRKSOY-un təşkil etdiyi müxtəlif tədbirlərə qatılan üzv ölkələrin nümayəndələri - rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri bir-birləri ilə tanış olmaq, əlaqələr qurmaq imkan qazanırlar. Təşkilatın qurduğu üç kollektivdə - Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestrində üzv ölkələrin incəsənət nümayəndələri təmsil olunurlar. Həmin kollektivlər üzv ölkələrdə, eləcə də Avropanın, Amerikanın möhtəşəm salonlarında, festivallarında türk dünyasının musiqisini təqdim edirlər.
Hər bir türk xalqının zəngin mədəniyyətinə böyük dəyər verən TÜRKSOY rəngarəng tədbirlər həyata keçirir. Bunlardan biri 2010-cu ildən bəri hər ilin qardaş xalqların görkəmli şəxsiyyətlərinin xatirə ili ilə yad olunmasıdır. Ötən il TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan edildi. Təşkilatın xətti ilə Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı Türkiyədə, Qazaxıstanda, Azərbaycanda və Şimali Kipr Türk Respublikasında tədbirlər keçirildi. TÜRKSOY-un “Vaqif ili”nə ən böyük hədiyyəsi şairin şeirlərinin tərcümə edilməsi, on iki dildə kitabının nəşri oldu.
2017-ci il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”nda - Qazaxıstanın Türküstan şəhərində təşkilatın mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirildi. Toplantının yekun bəyannaməsində Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə 2018-ci il TÜRKSOY-a üzv ölkələrdə “Qara Qarayev ili” elan edildi. Eyni zamanda, qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi və qazax şairi Mağjan Jumabayevin 125 illiyi bu il TÜRKSOY tərəfindən xatirə ili kimi qeyd edilməsi nəzərdə tutuldu.
Türk xalqlarının mədəniyyətini bir-birlərinə tanıtmaq və daha da inkişaf etdirmək üçün həyata keçirilən tədbirlərdən biri də türk dünyasının önəmli tarixi və mədəni şəhərlərinin mədəniyyət paytaxtı elan edilməsidir. “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsini TÜRKSOY 2012-ci ildən həyata keçirir. 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı Şəki şəhəri olmuşdur. İl ərzində TÜRKSOY-un tədbirlərinin çoxu Şəkidə keçirilmişdir.
2018-ci ildə - TÜRKSOY-un qurulmasının 25-ci ilində bu ada Türkiyənin Kastamonu şəhəri layiq görüldü. Şəhərdə bir-birindən maraqlı, yaddaqalan tədbirlər düzənləndi. Qeyd edək ki, Kastamonu Anadolunun qədim yaşayış mərkəzlərindəndir. 7 min illik tarixə malikdir. 170 kilometrlik dəniz sahili ilə Qara dənizin ən uzun sahil zolağının yerləşdiyi, təxminən 375 min əhalisi olan Kastamonu tarixi və mədəni yerləri, təbiəti ilə diqqət çəkir.
Şübhəsiz ki, bu il TÜRKSOY-un tarixində çox mühüm il kimi yadda qalacaq. Təşkilat əsrin dörddə birini geridə qoyur. Planlaşdırıldığı kimi, yubiley münasibətilə həm TÜRKSOY-a üzv ölkələrdə, həm də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nəzdində müxtəlif yönümlü tədbirlər düzənlənir.
TÜRKSOY-un indiyədək ölkəmizdə də çoxlu sayda tədbirləri keçirilib. Azərbaycanla bağlı böyük layihələr reallaşdırılmaqdadır. Onlardan biri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası ilə bağlı oldu. Bu, TÜRKSOY-un ən böyük layihəsidir. Layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak etdi, Bişkek, Almatı, Ankara, Bakı və İstanbulda tamaşalar uğurla göstərildi.
Hər il təşkilat tərəfindən Novruz şənlikləri keçirilir. Bu proqramlara da türk dünyasından rəqs qrupları, musiqiçilər, aşıqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı UNESCO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edildikdən sonra Parisdə UNESCO mərkəzində və Strasburqda Avropa Şurasında TÜRKSOY-un təşkilatçılığı ilə konsertlər verildi. 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart günü “Beynəlxalq Novruz Günü” kimi elan olunduqdan sonra isə təşkilat Nyu Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertləri verildi.
TÜRKSOY-un 25 illiyinin qeyd olunduğu 2018-ci il ölkəmiz üçün həm də bir sıra tarixi hadisələrin ildönümləri ilə də əlamətdardır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi respublikamızda bir-birindən maraqlı silsilə təbirlərlə qeyd olunur. Yubiley tədbirlərinin Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də keçirilməsi mədəniyyətimizə və dostluğumuza hörmətin, ehtiramın göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirilən tədbirlərə TÜRKSOY da öz dəyərli töhfələrini verir.
Ümumiyyətlə, bu təşkilatla ölkəmiz arasında mövcud əməkdaşlıq davamlılığı ilə təqdirəlayiqdir. Azərbaycan TÜRKSOY-un fəaliyyətində, mühüm mədəni əlaqələrin qurulmasında fəal iştirak edən türk dövlətlərindəndir. Tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verən ölkəmiz türkdilli dövlətlərlə münasibətlərini də yüksək səviyyədə inkişaf etdirir.
Tarixi köklərə, ortaq mədəniyyətə, dəyərlərə mənsub olan türkdilli xalqlar get-gedə bir-biri ilə daha da qaynayıb-qarışırlar. Artıq 25 ildir ki, TÜRKSOY qardaş xalqların ortaq mədəni irsinin dünyada tanıdılması, mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov da deyir ki, TÜRKSOY-un məqsədyönlü fəaliyyəti türk dünyasının ortaq sərvətidir. Təşkilat öz məram və məqsədini uğurla həyata keçirərək türk dünyasının ən dəyərli tarixi hadisələrini, tarixi şəxsiyyətlərini, ədiblərini, ictimai-siyasi xadimləri, qiymətli əsərləri gündəmə gətirir, onlara həsr edilən tədbirlərlə türk dünyasının birliyini qorumağa, genişləndirməyə çalışır. Dünyada yaşayan 250 milyondan çox türk xalqının mədəni birliyi yolunda atdığı addımlarla TÜRKSOY-un gələcəkdə də əhəmiyyətli rol oynayacağı şübhəsizdir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM