Alternative content

05:44 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
12:07 21.07.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; 2007, № 6, maddə 560, № 11, maddə 1078; 2013, № 2, maddə 94; 2016, № 1, maddə 10; 2017, № 4, maddə 519) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.
2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları
Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları (bundan sonra - sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin (bundan sonra - dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir.”.
3. 2-ci maddə üzrə:
3.1. adında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;
3.2. birinci hissədə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin, həmin hissəyə “Konstitusiyasından,” sözündən sonra “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin;
3.3. ikinci hissənin birinci cümləsində “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə, “Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini” sözləri “Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini” sözləri ilə, ikinci cümləsində “ümumqoşun” sözü “hərbi” sözü ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
4. 3-cü maddənin adında və mətnində, 6-cı maddənin adında və mətnində, 11-ci maddənin adında və birinci hissəsində, 35-ci maddənin adında və mətnində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
5. 4-cü maddə üzrə:
5.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
5.2. birinci hissədə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;
5.3. ikinci hissədə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;
5.4. ikinci hissənin birinci bəndində “hava hücumundan müdafiə” sözləri “hərbi hava” sözləri ilə əvəz edilsin, həmin bənddən “, Dövlət sərhədində xüsusi nəzarəti həyata keçirən dövlət orqanları” sözləri çıxarılsın;
5.5. üçüncü hissədə “sərhəd qoşunlarına” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin;
5.6. dördüncü hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
5.7. beşinci hissənin birinci cümləsində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, ikinci cümləsində “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.
6. 5-ci maddə üzrə:
6.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
6.2. birinci hissədə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.
7. 7-ci maddə üzrə:
7.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
7.2. birinci hissədə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;
7.3. ikinci hissədə “sərhəd qoşunlarından” sözləri “müvafiq icra hakimiyyəti orqanından” sözləri ilə əvəz edilsin;
7.4. üçüncü hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
8. 8-ci maddədə “Sərhəd qoşunlarının orqanları (vəzifəli şəxsləri)” sözləri “Sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri” sözləri ilə əvəz edilsin.
9. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Sərhəd mühafizə orqanlarının beynəlxalq əməkdaşlığı
Sərhəd mühafizə orqanları dövlət sərhədinin mühafizəsi məsələləri üzrə xarici dövlətlərin sərhəd mühafizəsi və digər orqanları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Dövlət sərhəd rejiminin təmin edilməsi məsələlərinin həlli və sərhəd münaqişələrinin nizamlanması üçün Azərbaycan Respublikasının sərhəd nümayəndələri həmsərhəd dövlətlərin sərhəd nümayəndələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir.”.
10. 10-cu maddə üzrə:
10.1. adında, 1-ci və 3-cü bəndlərdə “sərhəd qoşunlarına” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin;
10.2. 2-ci bənddə (hər iki halda) “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, “fəhlə və qulluqçularına” sözləri “dövlət qulluqçularına və digər mülki işçilərinə” sözləri ilə əvəz edilsin.
11. II və V fəsillərin adlarında “SƏRHƏD QOŞUNLARININ” sözləri “SƏRHƏD MÜHAFİZƏ ORQANLARININ” sözləri ilə əvəz edilsin.
12. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 12. Sərhəd mühafizə orqanlarının strukturu və ümumi say tərkibi
Sərhəd mühafizə orqanlarının strukturu və ümumi say tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
13. 14-cü maddə ləğv edilsin.
14. 16-cı maddə ləğv edilsin.
15. 19-cu maddədə “radiotexniki post,” sözlərindən sonra “sahil nəzarəti bölməsi,” sözləri əlavə edilsin, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
16. 20-ci maddə üzrə:
16.1. ikinci hissədə “sərhəd qoşunlarını” sözləri “sərhəd mühafizə orqanlarını” sözləri ilə əvəz edilsin;
16.2. üçüncü hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
17. 21-ci maddə üzrə:
17.1. birinci hissədə “Dövlət sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində dövlət sərhədinin keçilməsi qaydalarına və dövlət sərhədinin” sözləri “dövlət sərhədindən buraxılış məntəqəsində (məntəqələrində) dövlət sərhədindən keçmə qaydalarına və dövlət sərhədindən” sözləri ilə əvəz edilsin;
17.2. ikinci hissədə “sərhədinin” sözü “sərhədindən” sözü ilə əvəz edilsin.
18. 22-ci maddə üzrə:
18.1. birinci hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “sərhəd qoşunlarında” sözləri “sərhəd mühafizə orqanlarında” sözləri ilə əvəz edilsin;
18.2. dördüncü hissənin birinci cümləsində “xidmətinin” sözündən sonra “gəmiləri (katerləri)” sözləri əlavə edilsin, ikinci cümləsində “Sərhəd Qoşunlarının Komandanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.
19. 23-cü maddə üzrə:
19.1. birinci hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
19.2. ikinci hissədə “sərhəd qoşunlarını” sözləri “sərhəd mühafizə orqanlarını” sözləri ilə əvəz edilsin.
20. Aşağıdakı redaksiyada 23-1-ci maddə əlavə olunsun:
“Maddə 23-1. Sahil nəzarəti bölməsi
Müvafiq icra hakimiyyəti orqanının sahil mühafizəsinin sahil nəzarəti bölməsi sərhəd sularında sərhədboyu rejimə (üzmə vasitələrinin qeydiyyata alınması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxma və qayıtma qaydalarına) əməl olunmasına nəzarəti həyata keçirir.
Sahil nəzarəti bölməsinə sıra nömrəsi verilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən istiqamətlər üzrə sahil nəzarəti bölməsinin tərkibində texniki-müşahidə məntəqəsi yaradılır.”.
21. 24-cü maddənin birinci hissəsində, 32-ci maddənin birinci hissəsində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
22. 26-cı maddə üzrə:
22.1. adında, ikinci, üçüncü, dördüncü hissələrdə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
22.2. birinci hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
22.3. beşinci hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “sərhəd qoşunlarının komandanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.
23. III fəslin adında “SƏRHƏD QOŞUNLARINDA” sözləri “SƏRHƏD MÜHAFİZƏ ORQANLARINDA” sözləri ilə əvəz edilsin.
24. 27-ci və 28-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 27. Sərhəd mühafizə orqanlarının şəxsi heyəti və komplektləşdirilməsi
Sərhəd mühafizə orqanlarının şəxsi heyəti hərbi qulluqçulardan, dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.
Sərhəd mühafizə orqanları hərbi xidmətə çağırış və hərbi xidmətə könüllü daxilolma, həmçinin işə, o cümlədən, dövlət qulluğuna qəbul edilmə əsasında komplektləşdirilir. Sərhəd mühafizə orqanlarının komplektləşdirilməsi bu maddənin üçüncü hissəsində qeyd olunmuş normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
Sərhəd mühafizə orqanlarında hərbi qulluqçuların hərbi xidmət keçməsi bu qanun, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, təhkim edilmiş müvafiq silah, texnika və vasitələrdən istifadə etməyi bacarmalıdırlar.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin digər icra hakimiyyəti orqanlarının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində də hazırlana bilər.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularının başqa dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında təşkil edilir.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları onların vəzifələrinin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.
Maddə 28. Sərhəd mühafizə orqanlarında müddətli həqiqi hərbi xidmət keçəcək çağırışçıların müəyyən edilməsi
Sərhəd mühafizə orqanlarında müddətli həqiqi hərbi xidmət keçəcək çağırışçılar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırış komissiyaları tərəfindən müəyyən edilir.
Sərhəd mühafizə orqanlarında xidmət etmək üçün seçilən çağırışçılar həmin orqanların hərbi qulluqçuları üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq vəziyyətinə dair əlavə tələblərə cavab verməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı çağırışçının bu tələblərə cavab vermədiyini müəyyən edərsə, həmin şəxs çağırış komissiyası tərəfindən yeni hərbi xidmətkeçmə yerinə göndərilir.”.
25. 29-cu maddə üzrə:
25.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
25.2. birinci hissədə “Sərhəd qoşunlarını” sözləri “Sərhəd mühafizə orqanlarını” sözləri ilə əvəz edilsin;
25.3. ikinci hissədə “sərhəd qoşunları komandanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;
25.4. üçüncü hissədə “Sərhəd Qoşunlarının Komandanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.
26. 30-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 30. Sərhəd mühafizə orqanlarının əməkdaşlarının mükafatlandırılması
Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə sərhəd mühafizə orqanlarının əməkdaşları “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş qaydada mükafatlandırıla bilərlər.
Bu maddənin birinci hissəsində göstərilənlərdən əlavə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları mükafatlandırılma qaydasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis edilmiş döş nişanları ilə də təltif edilə bilərlər. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına bu maddəyə əsasən verilən döş nişanları haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
27. 31-ci maddə üzrə:
27.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
27.2. birinci hissənin birinci cümləsində “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə, ikinci cümləsində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
27.3. ikinci hissənin birinci cümləsində “Sərhəd qoşunlarında” sözləri “Sərhəd mühafizə orqanlarında” sözləri ilə, “və ya qanunla xüsusi olaraq qorunan sirr kəsb” sözləri “təşkil” sözü ilə əvəz edilsin;
27.4. üçüncü hissədə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə, “sərhəd qoşunlarının komandanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.
27.5. dördüncü hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
28. IV fəslin adında “SƏRHƏD QOŞUNLARI” sözləri “SƏRHƏD MÜHAFİZƏ ORQANLARI” sözləri ilə əvəz edilsin.
29. 33-cü maddə üzrə:
29.1. adında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.
29.2. mətnində “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin, “məsuliyyəti” sözündən sonra “Azərbaycan Respublikasının Konstitusiyası, bu qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə,” sözləri əlavə edilsin.
30. 34-cü maddə üzrə:
30.1. adında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə, “fəhlə və qulluqçularının” sözləri “dövlət qulluqçularının və digər mülki işçilərinin” sözləri ilə əvəz edilsin;
30.2. birinci hissənin birinci cümləsində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, dördüncü cümləsində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
30.3. ikinci hissədə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;
30.4. üçüncü hissədə “Sərhəd qoşunlarının fəhlə və qulluqçuları” sözləri “Sərhəd mühafizə orqanlarının dövlət qulluqçuları və digər mülki işçiləri” sözləri ilə əvəz edilsin;
30.5. dördüncü hissədə “Sərhəd qoşunlarında siyasi məqsədlər daşıyan təşkilatların fəaliyyəti, onların strukturlarının yaradılması” sözləri “Sərhəd mühafizə orqanlarında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti” sözləri ilə əvəz edilsin.
31. 36-cı maddə üzrə:
31.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “fəhlələri və qulluqçuları” sözləri “dövlət qulluqçuları və digər mülki işçiləri” sözləri ilə əvəz edilsin;
31.2. birinci hissədə “müvafiq icra hakimiyyəti orqanlarının və sərhəd qoşunları komandanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, “fəhlələri və qulluqçuları” sözləri “dövlət qulluqçuları və digər mülki işçiləri” sözləri ilə, “sərhəd qoşunlarına” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin;
31.3. ikinci hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “fəhlələri və qulluqçuları” sözləri “dövlət qulluqçuları və digər mülki işçiləri” sözləri ilə əvəz edilsin.
32. 37-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 37. Sərhəd mühafizə orqanlarının maliyyələşdirilməsi
Sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrıca maddə ilə müvafiq icra hakimiyyəti orqanına ayrılmış vəsait hesabına maliyyələşdirilir. Sərhəd mühafizə orqanları üçün yaşayış evlərinin, sosial-mədəni və xüsusi obyektlərin tikintisi üçün vəsait ayrıca nəzərdə tutulur.”.
33. 38-ci maddə üzrə:
33.1. adı aşağıdakı redaksiyada verilsin:
“Sərhəd mühafizə orqanlarının əmlakı”;
33.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Sərhəd mühafizə orqanlarının binaları, qurğuları və digər tikililəri, sərhəd gəmiləri (katerləri), sərhəd hava gəmiləri, habelə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün istifadə etdikləri digər əmlaklar Azərbaycan Respublikasının dövlət mülkiyyətidir və sərhəd mühafizə orqanlarının istifadəsində olan əmlakdır. Sərhəd mühafizə orqanlarının istifadəsində olan hərbi əmlak özəlləşdirilə bilməz.”;
33.3. ikinci hissənin birinci və ikinci cümlələrində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
33.4. üçüncü hissədə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.
34. 39-cu maddə üzrə:
34.1. adında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
34.2. birinci hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
34.3. üçüncü hissədə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;
34.4. dördüncü hissədə “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.
35. 40-cı maddə üzrə:
35.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
35.2. birinci hissənin birinci cümləsində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, ikinci cümləsində “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “Sərhəd qoşunlarının komandanının təklifi” sözləri “müvafiq icra hakimiyyəti orqanının təklifləri” sözləri ilə əvəz edilsin;
35.3. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
“Sərhəd mühafizə orqanlarının silah və texnikasının təmiri müvafiq icra hakimiyyəti orqanının təmir müəssisələrində həyata keçirilir. Müvafiq silah və texnikanın təmiri müvafiq icra hakimiyyəti orqanının sifarişi əsasında digər təmir müəssisələrində, o cümlədən, xarici dövlətlərin təmir müəssisələrində də həyata keçirilə bilər.”;
35.4. üçüncü hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;
35.5. dördüncü hissədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il