Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

06:24 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlin əvvəlindən Lənkəranda 170 milyon manata yaxın ümumi məhsul istehsal olunub
İlin əvvəlindən Lənkəranda 170 milyon manata yaxın ümumi məhsul istehsal olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 21.07.2018

 

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH)  başçısı yanında şuranın geniş tərkibdə iclası keçirilib. İclasda 2018-ci ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib.

ŞİH başçısı Taleh Qaraşov bildirib ki, ötən 6 ayda Azərbaycanda bir çox sahələr, xüsusilə qeyri-neft sektorunda inkişaf davam edib, nəzərdə tutulan proqram və layihələrin icrası vaxtında yerinə yetirilib. Əhalinin yaşayış səviyyəsi yaxşılaşıb, Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edib.

T.Qaraşov dövlətin Lənkərana qayğısı sayəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində yeni nailiyyətlərin qazanıldığını, genişmiqyaslı quruculuq-abadlıq işlərinin, iri həcmli investisiya layihələrinin icra edildiyini qeyd edərək tədbir iştirakçılarının diqqətinə birinci yarım ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nəticələri çatdırıb. Bu dövr rayonda ümumi məhsul buraxılışının 169,1 milyon manat  təşkil  etdiyini, sənayedə 16,2 milyon  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrünə  nisbətən 4,8 faiz çox məhsul  istehsal  olunduğunu, sənayenin  qeyri-dövlət  sektorunda  istehsalın  həcminin 5,6 faiz  artdığını və  ümumi  həcmdə  onun  xüsusi  çəkisinin 70,1 faiz olduğunu bildirib.

T.Qaraşov Olimpiya idman kompleksinin, turizmin inkişafına geniş imkanlar açacaq “İstisu istirahət və sağlamlıq mərkəzi”nin tikilməsini, çətin dağlıq ərazidən keçən Hirkan-Biləsər avtomobil yolunun yenidən qurulmasını,  şəhərdəki 4 çoxmənzilli yaşayış binasında təmir-bərpa işlərinin aparılmasını, 5 çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirilməsini dövlətin öz vətəndaşlarına qayğısının nümayişi kimi vurğulayıb. Həmçinin tikiləcək xalça fabrikinin qadınlar üçün yeni iş yerlərinin açılmasında mühüm rol oynayacağından söz açıb.

Natiq eyni zamanda hesabat dövründə şəhərdaxili küçələrin təmiri və asfaltlaşdırılması sahəsində işlərin davam etdirildiyini, ümumilikdə şəhərdaxili küçələrə asfalt döşəndiyini, həmçinin rayonun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının yuyub sıradan çıxardığı  və şəhərdə qəzalı vəziyyətə düşmüş 2 körpünün yenidən tikilərək istifadəyə verildiyini qeyd edib. O, həmçinin şəhərdə, kənd və qəsəbələrdə məktəb, uşaq bağçası, xəstəxanaların və digər sosialyönümlü obyektlərin, yolların, körpülərin təmir və tikintisini, elektrik təsərrüfatının yenidən qurulmasını, aqrar sahədə çəltikçiliyin, sitrus meyvəçiliyinin, çayçılığın inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar görülən mühüm işləri, xüsusilə uzun illərdən sonra rayonda ilk dəfə barama yetişdirilməsinə başlanmasını və 3,7 ton yüksək keyfiyyətli barama məhsulunun tədarük edilməsini hesabat dövrünün uğurları kimi dəyərləndirib.

İclasda ŞİH başçısının birinci müavini Möhübbət Babayev hesabat dövrü ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Rayon maliyyə idarəsinin müdiri İqbal Rəcəbov, kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev və Yuxarı Xanbulançay Hidroqovşağı İdarəsinin rəisi Allahyar Salayev cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər.

T.Qaraşov iclasda görülmüş işlərin növbəti yarım ildə daha geniş vüsət alacağına əminliyini bildirib, qarşıda duran vəzifələri uğurla icra etmək, mövcud problem və nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

Seyran CAVADOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM