Alternative content

05:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan amili öndədir
İnsan amili öndədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 21.07.2018

 

İmişlidə buna böyük önəm verilir

 

Uğurla reallaşdırılan layihələr ölkəmizi dünyanın inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşına çevirməklə bərabər, mötəbər məclislərdə də söz sahibinə çevirir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin yaxın-uzaq regionları da sürətlə inkişaf edir, dəyişir, daha da gözəlləşir.
Prezident İlham Əliyevin göstərdiyi qayğı və diqqət İmişli rayonunun da simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinin birində demişdir: “Mən dəfələrlə İmişlidə olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Ancaq mən bilirdim və siz də bilirdiniz ki, işlər daha da sürətlə gedə bilər. Son bir neçə ayın təcrübəsi mənim sözlərimi təsdiqləyir. Əminəm ki, bu reallıqları sizdən yaxşı bilən heç kim tapılmaz. Ancaq mən də, yəni keçən il burada olduğuma görə öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirəm ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq. Ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz! Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir.
Bu dəyişikliklər, əlbəttə ki, məni ürəkdən sevindirir. Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda bir vacib məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə, ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son bir neçə ayın təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz”.
Dövlət başçısının davamlı qayğısı və rayon zəhmətkeşlərinin fədakar əməyi sayəsində İmişli artıq ölkənin böyük iqtisadi potensiala malik aqrar-sənaye mərkəzlərindən birinə çevrilmişdir. Rayonun artan, güclənən iqtisadiyyatı, əhalisinin müqayisəedilməz dərəcədə yaxşılaşan həyat şəraiti məmnunluq doğurur. Keçən ilin yekunları bu baxımdan daha çox diqqət çəkir. 2017-ci ildə rayon iqtisadiyyatının əsas sahələri üzrə 496,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalının 46,7 faizi sənayenin, 23,4 faizi kənd təsərrüfatının, 13,3 faizi tikintinin, 14,6 faizi ticarət və iaşə xidmətinin payına düşür. Keçən il İmişlinin iqtisadiyyatının əsas sahələrinin inkişafına 87,6 milyon manat investisiya qoyulmuşdur. Dövlət başçısının müvafiq tapşırıqlarını öz fəaliyyətində əsas götürən rayon rəhbərliyi iqtisadiyyatın inkişafı üçün xarici və daxili investorların cəlb edilməsi istiqamətində bir çox uğurlara imza atmışdır. Özəl sektorun və sahibkarlığın inkişafı məqsədilə iş adamları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə 30 milyon manata yaxın investisiya qoyulmuşdur. Keçən ilin may ayında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və nümayəndə heyəti kiçik və orta sahibkarlığın inkişafına dair Arxangelsk şəhərində keçirilən forumda iştirak etmişdir. Tədbirdə iştirakın əsas məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları arasında sosial-iqtisadi, humanitar, ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoyulmasına cəlb edilməsi olmuşdur. İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış regionların investisiya reytinqi cədvəlində İmişli rayonu 2017-ci ildə 9-cu yerdə qərar tutmuşdur.
İmişli əsasən kənd təsərrüfatı rayonu olsa da, sənaye məhsulları istehsalı ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Rayonda “Azərbaycan Şəkər İstehsal birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz damazlıq-quşçuluq” MMC, İmişli broyler və “Araz” konservləşdirilmiş şirələr və konyak zavodu fəaliyyət göstərir. Bütövlükdə keçən il 232,1 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir. Onun da 94,6 faizi qeyri-dövlət sektorunun payına düşür.
Rayonun ehtiyat mənbələrindən yaradıcılıqla istifadə etmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər öz nəticələrini verməkdədir. Elə bunun nəticəsidir ki, bütün növ kənd təsərrüfatı məhsulları istehsalı yüksələn xətlə artır. Ənənəvi kənd təsərrüfatı sahələri olan taxılçılığın, pambıqçılığın, baramaçılığın inkişafına böyük önəm verilir. İstifadə olunmayan torpaqların əkin dövriyyəsinə qatılması üçün görülən tədbirlər aqrar sektorun inkişafına təkan verir. “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq rayonun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10,211 hektar torpaq sahəsi Nazirlər Kabinetinin qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilib. Bu sahəni suvarma suyu ilə etibarlı şəkildə təmin etmək üçün zəruri tədbirlər görülür.
Ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verən İmişlidə genişmiqyaslı abadlıq, quruculuq layihələri də uğurla reallaşdırılır. Dövlətin qayğısı ilə rayonun yol infrastrukturu əsaslı şəkildə yaxşılaşdırılmış, əhalinin içməli su problemi öz həllini tapmışdır. Yeni salınan parklar, xiyabanlar, zövqlə abadlaşdırılan küçə və meydanlar, yeni inşa olunan yaraşıqlı sosial obyektlər İmişlinin gözəlliyinə yeni naxışlar vurur. Rayon əhalisinin sosial ehtiyaclarını dolğun şəkildə ödəmək üçün görülən tədbirlər də təqdirəlayiqdir. Rayonun elektrik enerjisi, təbii qazla təminatında heç bir problem yoxdur.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu barədə dedi:
- Ölkənin bütün bölgələrində diqqət çəkən dinamik sosial-iqtisadi inkişaf, uğurla gerçəkləşən nəhəng sosial layihələr Prezident İlham Əliyevin qayğısı və imzaladığı xüsusi sərəncamlar sayəsində həyata vəsiqə alır. Pambıq, taxıl, barama və digər kənd təsərrüfatı məhsullarının istehsalında fərqli nəticələr qazanmaq olar. Abadlıq, quruculuq işlərində zövqlər də müxtəlif ola bilər. Ancaq insan amilli hər bir dövlət məmurunun fəaliyyətində qırmızı xətt kimi keçməlidir. Biz buna nail olmaq üçün əhali ilə canlı təmasa böyük önəm veririk. Bu sırada səyyar görüşlərin əhəmiyyəti böyükdür. Hər həftənin dördüncü günləri rayon icra hakimiyyətində vətəndaşların qəbulu keçirilir. Hər həftənin ikinci günləri isə təsdiq edilmiş qrafikə uyğun olaraq RİH başçısı şəhər, qəsəbə və kəndlərdə əhali ilə görüşür, insanların təklif və müraciətlərini dinləyir, onları narahat edən problemlərin həlli üçün zəruri tədbirlər görür. Səyyar qəbullarda rayonun hüquq mühafizə orqanlarının, əlaqədar təşkilat və müəssisə rəhbərlərinin iştirak etməsi qaldırılan problemlərin operativ həllində əhəmiyyətli rol oynayır.
Rəsullu kənd sakini Əlizadə Xancanov da dedi ki, həyətyanı sahələri suvarmaq mümkünsüz olmuşdu. Bunun üçün yeni kanal qazmaq, su boruları quraşdırmaq lazım idi. Buna isə bizim imkanımız çatmırdı. Bu il mayın 1-də kəndimizdə keçirilən səyyar qəbulda üzləşdiyimiz çətinlik barədə icra başçısına məlumat verdik. Elə oradaca rayon suvarma sistemləri idarəsinə müvafiq tapşırıq verildi. Bir neçə günün içində kanal da qazıldı, yeni boru xətti də çəkildi.
Əliqulular kəndində keçirilən səyyar qəbulda kənd sakini Xaliq Həşimov pay torpaqlarına və kənd qəbiristanlığına gedən yolun bərbad vəziyyətdə olmasından şikayətlənmişdi. Rayon rəhbərliyinin verdiyi operativ tapşırıq əsasında 36 saylı yol istismarı idarəsi narahatlıq doğuran yolun təmirini ən qısa zamanda təmin etmişdir. Belə misallar çoxdur.
Bol pambıq, taxıl, ət, süd və s. məhsullar istehsal etmək olar. Yeni yollar çəkmək, körpülər salmaq, yaraşıqlı binalar tikmək, parklara, xiyabanlara, yol kənarlarına al-əlvan güllər də əkmək mümkündür. Bu işləri görən insanların arzu və istəklərini, ümumi işə fayda verən təklifləri dinləyib həyata keçirmək də əsas şərtlərdən biridir. İmişlidə bu məsələyə də xüsusi diqqət yetirilir.

Lazım QULİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”