Alternative content

10:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərişıq” ASC yenidənqurma işlərini genişləndirir
“Azərişıq” ASC yenidənqurma işlərini genişləndirir
ANA SƏHİFƏ / ELANLAR
12:07 21.07.2018

 

“Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib. Respublikanın bütün istehlakçılarının keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işləri həyata keçirib. 

Bakı şəhəri üzrə Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq “Bakıxanov” yarımstansiyasında yenidənqurma işləri aparılıb. Yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub. 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilib. Xəzər rayonu Şağan qəsəbəsində inşa edilmiş 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunub. Abşeron rayonu Güzdək qəsəbəsində 10 kV-luq paylayıcı qurğu inşa edilib. “Ağ Şəhər” layihəsi çərçivəsində 110/35/10 kV-luq 2x50 MVA gücündə “Ağ Şəhər-2” yarımstansiyasında elektrik quraşdırma işləri aparılır. “Ağ Şəhər-1” və “Ağ Şəhər-2” yarımstansiyaları arasında 13500 metr uzunluğunda 110 kV-luq iki dövrəli kabel xətləri çəkilmiş, 35/0,4 kV-luq transformator məntəqəsi inşa edilir. Regionlar üzrə də əhalinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Qəbələ”, İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə “İsmayıllı”, 110/35/10 kV-luq 10 MVA gücündə “Topçu”, Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağdaş”, Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağcabədi-2”, Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Cavad”, Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə “Cəlilabad”, Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə “Lənkəran-2”, Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Tərtər”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Baxışlı”, Sabirabad rayonunda 35/10 kV-luq 2x4 MVA gücündə “Azadakənd” yarımstansiyaları inşa edilib.
Yeni istehsal sahələrinə həssaslıqla yanaşan “Azərişıq” ASC Xəzər rayonunun Şüvəlan qəsəbəsində istilik kompleksinin, Salyan rayonunda Qızılağac aqroparkın elektrik təchizatı üçün 35/0,4 kV-luq yarımstansiyalar inşa edilərək istismara verib.
Hesabat dövründə Bakı şəhəri üzrə 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 4 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 5 ədəd yarımstansiyada cari təmir işləri aparılmışdır. Regionlarda 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 9 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 49 ədəd yarımstansiyada cari təmir işləri yerinə yetirilib.
Elektrik enerjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14,4 km 110 kV-luq, 30,4 km 35 kV-luq, 242,9 km 6-10 kV-luq, 516,6 km 0,4 kV-luq kabel xətləri çəkilmiş, 33 km 35 kV-luq, 604,8 km 6-10 kV-luq, 2417,1 km ÖİN 0,4 kV-luq hava xətləri, 12,1 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunub və 79 831 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.
Cari ilin 28 iyun tarixinədək 27 ədəd 110 kV-luq, 131 ədəd 35 kV-luq, 1360 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 60 km 110 kV-luq, 395 km 35 kV-luq, 914 km 6 və 10 kV-luq 2500 km-dən artıq 0,4 kV-luq elektrik veriliş xətlərində texniki vəziyyətin yoxlanılması təmin olunub. Müəyyən edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb və 236 ədəd 6-10 kV-luq, 19 ədəd 35 kV-luq transformator əsaslı təmir edilib.
Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb. Bu işlər 52 rayonun 80 kəndində artıq yekunlaşıb. Bu məqsədlə 15661 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri həyətyanı sahələrdən çölə çıxarılıb. 27942 ədəd 0,4 kV-luq dayaq, 1029 km-dən çox ÖİN xətləri çəkilib.
2018-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli” və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay” yarımstansiyalarının açılışında iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.
“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli 3535 saylı Sərəncamın icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar inşa edilib. 110 kV-luq “4-cü Yaşma” və 35 kV-luq “Yaşma Bağları” hava xətləri ilə əlaqələndirilib.
6 ay ərzində ümumilikdə 135.494 ədəd olmaqla, əhali istehlakçılarına aid 122.602 ədəd, qeyri-əhali istehlakçılarına aid 12892 ədəd uçot dəstləri bərpa olunub. Bundan əlavə, ümumilikdə 100.799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90.369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2.462 ədəd köhnə elektrik sayğacları yeniləri ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6 %-ə çatdırılıb.
Hazırda “Azərişıq” ASC tərəfindən “Asan xidmət” mərkəzləri vasitəsi ilə abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrində texniki xidmətin göstərilməsi və s. xidmətlər daxil 13 növ xidmət göstərilir.
Respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM