Alternative content

19:07 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell” sosial mediada da liderliyini qoruyur
“Azercell” sosial mediada da liderliyini qoruyur
ANA SƏHİFƏ / ELANLAR
12:07 21.07.2018

 

Şirkət yenidən “Socially Devoted” sertifikatına layiq görülüb

 

Ölkədə sosial şəbəkələr üzərindən və onlayn rejimdə ilk müştəri xidmətləri təqdim edən “Azercell Telekom” MMC yüksək xidmət səviyyəsini və peşəkarlığını bir daha sübut edib. 2018-ci ilin birinci rübündə rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 faizini operativ şəkildə cavablandırdığına görə beynəlxalq “Socialbakers” şirkəti tərəfindən “Socially Devoted” sertifikatına layiq görülüb. Bu nailiyyəti daha da təqdirəlayiq edən məqam “Azercell”in rəsmi Facebook səhifəsində 440 000-dən artıq izləyici sayıdır və bu rəqəm böyümə dinamikasına malikdir. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, bu göstərici ilə növbəti dəfə digər mobil operatorları geridə qoyub.

Şirkətin Twitter, İnstagram rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 600 000-ə yaxın istifadəçisi var. Onlar 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və 6 fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər. “Azercell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı, sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Qeyd edək ki, “Socialbakers” (http://www.socialbakers.com) dünyada sosial şəbəkələrin monitorinqini apararaq, 75 ölkədən çox olan minlərlə abunəçiyə xidmət göstərir. Şirkət müştəri suallarının cavablandırılması səviyyəsi üzrə yüksək göstəriciyə imza atan şirkətləri mükafatla təltif edir.

 

“Azərbaycan”