Alternative content

11:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Olimpiya Stadionu Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi münasibətilə qırmızı rəngə boyanıb
Bakı Olimpiya Stadionu Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi münasibətilə qırmızı rəngə boyanıb
ANA SƏHİFƏ / İDMAN
09:07 20.07.2018

Xüsusi Olimpiya (Special Olympics) Hərəkatının yaradılmasının 50 illik yubileyi münasibətilə iyulun 20-də saat 21:30-da Bakı Olimpiya Stadionu qırmızı rəngə boyanıb. Azərbaycan Xüsusi Olimpiya Hərəkatının “İnklüzivlik üçün binaların işıqlandırılması” təşəbbüsündə fəal iştirak edir. Əlamətdar gün münasibətilə Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində simvolik memarlıq abidələri qlobal birliyin rəmzi kimi qırmızı rəngə boyanıb.

AZƏRTAC xəbər verir ki, Xüsusi Olimpiya Hərəkatının missiyası əqli əlilliklərə malik insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inklüziv cəmiyyətlər formalaşdırmaqdır.

“Əqli əlilliklərə malik insanların harada yaşamasından asılı olmayaraq, onlarla bağlı məlumatlılığın artırılmasına göstərilən böyük dəstəyə görə minnətdarıq. İnklüzivlik naminə binaların işıqlandırılması Xüsusi Olimpiya Hərəkatının missiyasının davam etdirilməsinin və təkamülünün rəmzidir”, – deyə Xüsusi Olimpiya Təşkilatının rəhbəri Timoti Şiver deyib.

Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edir, tolerantlıq və fərqliliklərə hörməti təcəssüm etdirir. Bu təşəbbüsə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexikodakı “Müstəqillik mələyi” abidəsi, Pekində “Su Kub”u da “qoşulub”.

İnklüzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17–21-də Xüsusi Olimpiya Təşkilatının 50 illiyi münasibətilə Çikaqoda keçirilən yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyulunda ilk dəfə keçirilmiş Beynəlxalq Xüsusi Olimpiya Yay Oyunlarına ev sahibliyi edib.

Xüsusi Olimpiya idmançıları, məşqçiləri, azarkeşləri və məşhurları sevinc, cəsarət və hüquqlarının təntənəsi olan 50-ci yubiley mərasimlərində iştirak etmək üçün Çikaqoda toplaşacaqlar.

“Toyota” şirkəti tərəfindən təqdim olunacaq ilk vahid futbol kubokunun təqdimatı “CIBC Fire Pitch” və “Toyota Park” meydançalarında baş tutacaq. Bu kubokda əqli əlillikləri olan və olmayan idmançılar birlikdə yarışacaqlar. İyulun 20-də dünyanın müxtəlif ölkələrindən gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları və əlil idmançılar məşəl qaçışında iştirak edəcəklər. Dörd millik (6436 metr) qaçış ilk Xüsusi Olimpiya Oyunlarının keçirildiyi “Soldier Field” abidəsinin yaxınlığında “Əbədi ümid məşəli”nin alovlandırılması mərasimi ilə yekunlaşacaq.

Təntənəli tədbirlərin sonunda Xüsusi Olimpiya Təşkilatı idman və əyləncəli oyunlardan, sərgilərdən ibarət, eləcə də milli yeməklərin nümayiş olunduğu ailəvi qlobal inklüzivlik günü bayramını təşkil edəcək. Burada dünya ulduzlarının iştirakı ilə konsert keçiriləcək.

“Xüsusi Olimpiya” hərəkatının 50 illik yubiley tədbirləri Azərbaycanda da davam edəcək. Sentyabrda Bakı Xüsusi Olimpiya Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi edəcək. Azərbaycan da daxil olmaqla 30 ölkəni təmsil edən 30-dən artıq gənc və yaşlı liderlər sentyabrın 24-dən 28-dək Bakıda toplaşacaqlar. Forum “Xüsusi Olimpiya” şüarı altında gənclərin aparıcı rol oynayacağı sosial layihələrin yeni erasının əsasını qoyacaq.

Azərbaycan hökumətinin dəstəyi ilə keçiriləcək forum iştirakçılara öz ölkələrində daha inklüziv icmalar formalaşdırmaq üçün təlim verəcək və imkanlar yaradacaq. Forumun keçirilməsi haqqında qərar cari ilin aprelində gənclər və idman naziri Azad Rəhimov və Xüsusi Olimpiya Təşkilatının Avropa və Avrasiya üzrə prezidenti və icraçı direktoru David Evangelistanın iştirakı ilə keçirilən imzalanma mərasimində elan olunub.

Eyni zamanda, növbəti Xüsusi Olimpiya Yay Oyunları gələn il martın 14–21-də Əbu-Dabidə keçiriləcək. Dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı bu yarışda iştirak edəcək.

Xüsusi Olimpiya əqli əlillikləri olan insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və onları səlahiyyətləndirmək məqsədilə idman, səhiyyə, təhsil və liderlik proqramlarının istifadə olunduğu qlobal inklüzivlik hərəkatıdır. 1968-ci ildə təsis olunan hərəkat 170-dən artıq ölkədə 5 milyon atleti və tərəfdaşı əhatə edir. Xüsusi Olimpiya Hərəkatı bir milyondan artıq məşqçinin və könüllünün dəstəyi ilə il ərzində Olimpiya Oyunları formatında 32 yarış və 108 min oyun və müsabiqə təşkil edir.