Alternative content

10:49 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı məktəbliləri I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər
Bakı məktəbliləri I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər
ANA SƏHİFƏ / Təhsil
09:07 20.07.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadə, IV ixtisas qrupu üzrə isə 29 nömrəli tam orta məktəbin şagirdi Nərmin Balakişiyeva, 192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov bütün suallara düzgün cavab verərək 700 bal toplayıblar.

Qeyd edək ki, imtahanlarda respublika üzrə I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM