17 Sentyabr 2011 06:09
880
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Ukraynada beynəlxalq konfransın işində iştirak edir

 

Sentyabrın 16-da Ukrayna paytaxtında bu ölkənin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində "İnsan hüquqlarının konstitusiya ədliyyə orqanları tərəfindən müdafiəsi: fərdi müraciət imkanları və problemlər" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Tədbir Avropa Şurasının Venetsiya Komissiyası və Alman Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondu tərəfindən birgə təşkil edilmişdir.

Bu nüfuzlu forumda  Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də iştirak edir.

Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovin tədbiri açaraq bu konfransın təşkilinin dəstəklənməsinə görə, dövlət rəhbərliyinə - şəxsən Ukrayna Prezidentinə, ölkə parlamentinə, Nazirlər Kabinetinə, habelə "Köhnə tərəfdaşlar və həmkarlar olan Venetsiya Komissiyasının, Alman Əməkdaşlıq Fondunun və ATƏT-in üzvlərinə" təşəkkür etmişdir. 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Kiyev

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video