Alternative content

12:55 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
ANA SƏHİFƏ / Səfərlər
03:07 20.07.2018

İyulun 20-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Fransua de Rüji qarşıladı.

Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Fransua de Rüji birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Dövlətiminizin başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd etdi, Azərbaycan ilə Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır.

Görüşdə, həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldı.