20 Iyul 2018 02:07
152
İQTİSADİYYAT
A- A+

SOCAR: Kulevi terminalı indiyədək 2 min 200-dən çox tanker qəbul edib və yola salıb

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi terminalı bu vaxtadək 2 min 200-dən çox tanker qəbul edib və yola salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, “SOCAR Georgia” şirkətinə məxsus Kulevi terminalı 10 illik fəaliyyəti dövründə 2 min 200-dən çox tanker qəbul edib və yola salıb. Kulevinin gücü ildə 10 milyon ton təşkil edir.

Qeyd edək ki, Kulevi terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb. Ötən 10 ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Terminalın anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi-Poti mərkəzi dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu mövcuddur. Terminalın infrastrukturu müntəzəm olaraq müasirləşdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video