Alternative content

01:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev “Wilmotte & Associys Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev “Wilmotte & Associys Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
ANA SƏHİFƏ / Səfərlər
01:07 20.07.2018

 

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associys Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Wilmotte & Associys Architectes” şirkətinin icraçı direktoru Borina Andriye Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı, şəhərin infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirdi.

Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparıldı.