20 Iyul 2018 01:07
858
Qanunlar
A- A+

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (I kitab), maddə 202, N 3, maddələr 397, 403, 429, N 4, maddələr 631, 647, 654, N 5, maddələr 835, 846, N 6, maddələr 997, 1010, N 7, maddələr 1247, 1249, N 10, maddə 1608, N 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, N 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, N 1, maddə 21, N 2, maddələr 139, 147, 152, 162, N 3, maddələr 331, 344, N 5, maddələr 698, 701, 734, 749, 754, N 6, maddələr 1020, 1033, 1036, N 7, maddələr 1273, 1296, 1297, 1299, N11, maddələr 1964, 1966, 1969, 1979, N12 (I kitab), maddə 2217; 2018, N1, maddə 19, N 2, maddələr 160, 162, 163, N 3, maddələr 383, 401, 404, N 4, maddə 646; Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1067-VQD nömrəli, 24 aprel tarixli 1073-VQD və 1075-VQD nömrəli, 1 may tarixli 1110-VQD, 1117-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 38.5-ci maddənin ikinci cümləsində “iki” sözü “bir” sözü ilə əvəz edilsin.
2. 38.6-cı maddədə “xəta haqqında elektron protokol” sözləri “tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar)” sözləri ilə, “bir ay” sözləri “bir gün” sözləri ilə əvəz edilsin.
3. 45.2.1-ci maddədə “yaşayış yeri” sözlərindən sonra “, mobil telefon nömrəsi, elektron ünvanı (olduğu halda” sözləri əlavə edilsin.
4. 53.0.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 53.0.11-ci maddə əlavə edilsin:
“53.0.11. bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda.”.
5. 81.3-cü maddədə “protokolda” sözündən sonra “(inzibati xəta haqqında iş üzrə qərarda)” sözləri əlavə edilsin.
6. 100.1.3-cü və 115.1.3-cü maddələrə “məlumat” sözündən sonra “, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin.
7. 122.1-ci maddə üzrə:
7.1. birinci cümlədə “330” rəqəmlərindən sonra “, 339.1-1” rəqəmləri əlavə edilsin və “xəta haqqında elektron protokol tərtib olunur” sözləri “tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz edilsin;
7.2. ikinci cümlədə “İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra” sözləri “Təsdiq edilmiş həmin qərar real vaxt rejimində” sözləri ilə əvəz edilsin.
8. 122.2-ci maddədə “xəta haqqında elektron protokol” sözləri “tənbeh vermə haqqında elektron qərar” sözləri ilə əvəz edilsin, “istifadəsində” sözündən sonra “, yaxud dövlət qurumunun istifadəsində” sözləri və “mülkiyyətçisi” sözündən sonra “olan fiziki şəxs” sözləri əlavə edilsin.
9. 122.3-cü maddədə “xəta haqqında elektron protokolda bu məcəllənin 100.1-ci” sözləri “tənbeh vermə haqqında elektron qərarda bu məcəllənin 115.1-ci” sözləri ilə əvəz edilsin.
10. 122.3.2-ci maddə ləğv edilsin.
11. 122.4-cü maddədə “327.1-327.3 və 330-cu” sözləri “327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü” sözləri ilə əvəz edilsin və “çatanadək” sözündən sonra “və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə” sözləri əlavə edilsin.
12. 122.5-ci maddənin ikinci cümləsində “protokol tərtib olunur” sözləri “qərar çıxarılır” sözləri ilə əvəz edilsin.
13. 122.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“122.6. Barəsində bu məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər.”.
14. 122.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“122.7. Barəsində bu məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.”.
15. 122.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir.”.
16. 123-cü maddə üzrə:
16.1. adında “hüquqi şəxsə” sözlərindən sonra “(dövlət qurumuna)” sözləri əlavə edilsin;
16.2. 123.1-ci maddədə “istifadəsində” sözündən sonra “, yaxud dövlət qurumunun istifadəsində” sözləri, “hüquqi şəxsə” sözlərindən sonra “(dövlət qurumuna)” sözləri əlavə edilsin;
16.3. 123.2-ci maddənin birinci cümləsində “Hüquqi şəxs” sözləri “Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi” sözləri ilə, ikinci və üçüncü cümlələrində “xəta haqqında protokol” sözləri “tənbeh vermə haqqında qərar” sözləri ilə, üçüncü cümlədə “protokol” sözü “qərar” sözü ilə əvəz edilsin;
16.4. 123.3-cü maddənin:
16.4.1. birinci cümləsində “hüquqi şəxs” sözlərindən sonra “, yaxud dövlət qurumunun vəzifəli şəxsi” sözləri əlavə edilsin;
16.4.2. ikinci cümləsində “şəxsin” sözündən sonra “, yaxud dövlət qurumunun vəzifəli şəxsinin” sözləri əlavə edilsin.
17. 124.5-ci maddə üzrə:
17.1. birinci cümlədə “xəta haqqında protokol” sözləri “tənbeh vermə haqqında qərar” sözləri ilə əvəz edilsin;
17.2. ikinci cümlədə “xəta haqqında protokolda” sözləri “tənbeh vermə haqqında qərarda” sözləri ilə əvəz edilsin;
17.3. üçüncü cümlədə “Protokol” sözü “İnzibati tənbeh vermə haqqında qərar” sözləri ilə, “protokol” sözü “qərar” sözü ilə əvəz edilsin.
18. 124.6-cı maddə üzrə:
18.1. birinci cümlədə “xəta haqqında protokol” sözləri “tənbeh vermə haqqında qərar” sözləri ilə əvəz edilsin;
18.2. ikinci cümlədə “protokolun” sözü “qərarın” sözü ilə əvəz edilsin;
18.3. üçüncü cümlədə “Protokol” sözü “İnzibati tənbeh vermə haqqında qərar” sözləri ilə, “protokol” sözü “qərar” sözü ilə əvəz edilsin.
19. 125-ci maddə üzrə:
19.1. 125.2-ci maddədə “hüquqi şəxs” sözlərindən sonra “, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu” sözləri əlavə edilsin;
19.2. 125.2.1-ci maddədə “elektron protokolu” sözləri “protokolu” sözü ilə əvəz edilsin;
19.3. 125.2.2-ci maddəyə “nəqliyyat vasitəsi istifadəçisinin” sözlərindən sonra “elektron kabinetində olan” sözləri əlavə edilsin və “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri çıxarılsın;
19.4. 125.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir.”;
19.5. 125.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.”;
19.6. 125.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“125.4. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir.”;
19.7. 125.5-ci maddədə “hüquqi şəxslər” sözlərindən sonra “(dövlət qurumları)” sözləri əlavə edilsin;
19.8. 125.7-ci maddədən “, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri çıxarılsın;
19.9. 125.8-ci maddədən “xəta haqqında elektron protokol və ya inzibati” sözləri çıxarılsın.
20. 126.1-ci maddədə “125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10” sözləri “125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20” sözləri ilə əvəz edilsin.
21. 127-1.1-ci maddənin birinci cümləsində “haqqında elektron protokol” sözləri və 127-2.1-ci maddənin birinci cümləsində “barədə elektron protokol” sözləri “ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar” sözləri ilə əvəz edilsin, 127-2.4-cü maddənin birinci cümləsində isə “elektron protokol tərtib edildikdən” sözləri “inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqdan” sözləri ilə əvəz edilsin.
22. 127-1.2-ci maddədə “Elektron protokol” sözləri “İnzibati tənbeh vermə haqqında elektron qərar” sözləri ilə əvəz edilsin.
23. 127-1.3-cü maddədə “elektron protokolun” sözləri “inzibati tənbeh vermə haqqında elektron qərarın” sözləri ilə əvəz edilsin.
24. 130.1-ci maddədə “Qərarın” sözü “Bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın” sözləri ilə əvəz edilsin.
25. 338.2-ci maddədə “Piyadalar” sözü “Bu məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar” sözləri ilə əvəz edilsin.
26. Aşağıdakı məzmunda 338.2-1-ci maddə əlavə edilsin:
“338.2-1. Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə - qırx manat məbləğində cərimə edilir.”.
27. 339-cu maddə üzrə:
27.1. 339.1-ci maddədən “və ya texniki baxışdan” sözləri çıxarılsın;
27.2. aşağıdakı məzmunda 339.1-1-ci maddə əlavə edilsin:
“339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir.”;
27.3. “Qeyd” hissəsində “maddəsində” sözü “və 339.1-1-ci maddələrində” sözləri ilə, “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin.
28. 347-ci maddəyə “istifadəsində” sözündən sonra “, yaxud dövlət qurumunun istifadəsində” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video