Alternative content

18:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:07 19.07.2018

İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib.

O, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bildirib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir və İtaliya tərəfdaş ölkələrdə enerji sahəsində həyata keçirdiyi layihələri davam etdirmək niyyətindədir: “İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir və biz Azərbaycanın birinci müştərisiyik”.

M.Ceraçi son 10 ildə ölkəsinin bərpaolunan enerji sahəsindəki uğurlarından, həyata keçirdiyi layihələrdən danışaraq ölkəsinin elektrik enerjisinin 43 faizini alternativ mənbələr hesabına əldə etdiyini diqqətə çatdırıb. Bu sahədəki təcrübəsini Azərbaycanda bölüşməyə hazır olduğunu bildirən qonaq enerji effektivliyinin artırılması, enerjidən qənaətli istifadə sahəsində İtaliya şirkətlərinin Azərbaycana dəstək olacağını qeyd edib.