Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:03 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir üzü ağ, bir üzü qara
Bir üzü ağ, bir üzü qara
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 19.07.2018

 

Aqrar sektorda pestisidlərin tətbiqinə nəzarət gücləndirilməlidir

 

Müasir dünyada ən çox müzakirə olunan məsələlərdən biri kənd təsərrüfatında istifadə olunan pestisidlərlə bağlıdır. Aqrar sektorun inkişafında onlarsız ötüşmək mümkün olmasa da, bu zaman müəyyən hədlərin gözlənilməsi vacibdir.
Pestisidlər zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən zəhərli kimyəvi maddələrdir. Kənd təsərrüfatında becərilən bütün bitkilərdə məhsulun zərərli orqanizmlərdən mühafizə edilməsi məqsədilə tətbiq olunur. Pestisidlər zərərli orqanizmə təsirinə və praktiki təyinatına görə müxtəlifdir. İnsektisidlər - zərərli həşəratlara qarşı tətbiq edilir və bir neşə qrupa bölünürlər: anfisidlər - mənənələri, akarisidlər - gənələri, imaqosidlər - həşəratları və gənələrin yetkin fərdlərini məhv edirlər. Larvisidlər - həşəratlar və gənə sürfələrinə, eləcə də pulcuq qanadlılarda tırtıllara qarşı mübarizədə faydalıdır. Neoaplektantlar - öz inkişafında torpaqla əlaqəsi olan həşərat mərhələsinə qarşıdır. Ovisidlər isə həşəratların və gənələrin yumurtalarını, skelesidlər böcəkləri məhv edir. Bu siyahı o qədər genişdir ki, bütün pestisidləri və onların müxtəlif növlərini sayıb qurtarmaq mümkün deyil. Biz hələ lazımsız ağacları və kol bitkilərini, molyuskları və ilbizləri, müxtəlif zərərverici mikroorqanizmləri məhv etmək üçün geniş çeşidli kimyəvi preparatları demirik.
Pestisidlər 3 qrupa bölünür - aqrar sektorun müxtəlif sahələrində ən geniş tətbiq olunan insektisidlər, fungisidlər və herbisidlər. Bu qruplar bitki mühafizəsi vasitəsi kimi tətbiq olunan preparatların təxminən 90 faizini əhatə edir və emulsiya konsentratı, islanan toz, qranula (dənəvər), sulu məhlul halında, suda həll olan toz halında, mineral-yağ emulsiyaları, tabletlər və s. preparativ formalarda istehsal edilərək bitki mühafizəsi vasitələri kimi tətbiq olunur.
Pestisidlər həşəratlara və ziyanlı mikroorqanizmlərə müxtəlif yollarla təsir edirlər. Məsələn, fumiqantlar orqanizmə tənəffüs yolları vasitəsi ilə qaz və ya buxar şəklində daxil olaraq toksiki təsir edir. Bəzi insektisidlər orqanizmə sırf fiziki təsir edir. Belə ki, onlar həşəratın tənəffüs sistemində tıxanma yaradır və bunun nəticəsində onlar boğularaq məhv olurlar.
Aqrar sektorda herbisidlər də geniş tətbiq olunur. Onlar ya bitkilərin bütün növlərinə, ya da selektiv olaraq yalnız bir növünə təsir edir. Xarici təsir əlamətlərinə və tətbiq xüsusiyyətlərinə görə herbisidlər 3 yarımqrupa bölünür: kontakt; sistem; bitkilərin kök sisteminə, ya da cücərən toxumlara təsir edənlər. Kontakt təsirli herbisidlər yalnız bitkilərin təmasda olan orqanlarını zədələyir, ancaq bitkilərin yeni zoğları əmələ gəlir və zədələnmiş bitki yenidən inkişaf edir. Sistem təsirli herbisidlər bitkilərin boru sistemi vasitəsi ilə hərəkət edən maddələrdir. Herbisidlər yarpaq və kök sisteminə düşdükdə tez bir zamanda bitkinin bütün hissələrinə yayılır və onu məhv edir. Sistem təsirli preparatları çoxillik və kök sistemi inkişaf etmiş alaq otlarına qarşı tətbiq etdikdə yüksək səmərə verir. Üçüncü qrupa toxumları, o cümlədən cücərən və alaq otlarının köklərini məhv etmək üçün tətbiq olunan herbisidlər aiddir.
Pestisidlərin sırasında əsas yerlərdən biri boy maddələrinə aiddir. Bu tipli pestisidlər geniş təsiretmə xüsusiyyətlərinə malikdir və bitkilərin məhsuldarlığının artırılmasında, məhsulvermə müddətinin sürətləndirilməsində, soyuqdan və quraqlıqdan qorunmasında istifadə olunur.
Pestisidlərin kimyəvi strukturu həmişə xüsusi diqqət tələb edir. Belə ki, istehsal olunan hər bir pestisid kimyəvi strukturuna görə müəyyən kimyəvi sinifə aiddir. Azərbaycanda istifadəsinə icazə verilmiş pestisidlərin siyahısında dövlət qeydiyyatından keçmiş 20-dən çox kimyəvi qrupa aid birləşmələr vardır: kükürd və onun preparatları; mistərkibli birləşmələr və digər qeyri-metal tərkibli birləşmələr və s.
Qeyd etmək vacibdir ki, pestisidlərin tətbiqinin fayda verməsi üçün onlardan düzgün istifadə etmək lazımdır. Pestisidlərin səmərəliliyi müxtəlif amillərdən asılıdır: preparatın düzgün seçilməsi və tətbiq norması; iqlim şəraiti və torpağın vəziyyəti: mübarizə tədbirlərinin aparılması vaxtının düzgün seçilməsi; zərərvericilərin iqtisadi zərərvermə həddinin təyin edilməsi; ilkin ocaqları məhv etmək üçün profilaktiki tədbirlərin aparılması; mübarizə işlərinin müvafiq hava şəraitində aparılması.
Kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində pestisidlərdən intensiv, bir çox hallarda isə əsassız istifadə bu preparatların bioloji səmərəliliyinin hissediləcək dərəcədə, bəzi hallarda isə tam azalmasına gətirib çıxarır. Belə vəziyyət demək olar ki, bütün dünya ölkələrində bitkilərin kimyəvi mübarizə tədbirlərinin taktika və strategiyasının yenidən qurulması vəzifəsini qarşıya bir məqsəd kimi qoyur.
Son illər kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərinin həyata keçirilməsi nəticəsində pestisidlərdən istifadənin azaldılmasına diqqət artırılır. Yəni kimyəvi mühafizə vasitələrinin istifadəsi imkan daxilində aşağı salınır. Müasir bitki mühafizə tədbirləri sistemlərində vurulan zərər hiss olunacaq iqtisadi ölçülərə çatarsa, pestisidlərdən istifadəyə yol verilir, amma norma çərçivəsində.
Bununla belə, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması üçün kimyəvi bitki mühafizə vasitələrindən istifadə zəruri olaraq qalır. Hələ ki digər ciddi alternativ vasitələr olmadığından pestisidlərdən istifadədən tam imtina etmək mümkün deyil. Təhlillər göstərir ki, Yer kürəsində mövcud olan 1 milyon buğumayaqlıdan 68 minə qədəri iqtisadi cəhətdən kənd təsərrüfatına zərər vura bilir. Sorucu ağız aparatına malik olan bir sıra zərərvericilər kənd təsərrüfatına ciddi zərər vurmaqla yanaşı, insanlar üçün də dəhşətli xəstəliklərin daşıyıcılarıdır. Həşərat və gənələrin əksəriyyəti isə vegetasiya dövründə yüksək nəsil vermək qabiliyyətinə malikdir. Digər fakt: bu gün dünya üzrə kənd təsərrüfatında bitkilərə 60 fəsiləyə daxil olan 200 növ alaq otları zərər vurur. Bunların 57 faizini birillik, 43 faizini çoxillik alaq otları təşkil edir. 80 növ alaq otu xüsusi təhlükəlik dərəcəsinə malikdir.
Həm də bu səbəbdən dünya pestisid istehsalı və ixracı bazarında kimyəvi mühafizə vasitələrinə olan tələbat bilavasitə qida məhsullarının istehsalına olan tələbatla sıx əlaqədardır. Belə ki, dünya bazarında 2014-cü ildə bu məhsulların satış dəyəri 54,75 milyard ABŞ dolları olmuşdur. 2020-ci ilədək bu göstəricinin 77,5 milyard dollara çatacağı proqnozlaşdırılır.
Odur ki, pestisidlərin kənd təsərrüfatının müxtəlif sahələrində düzgün və normativlərə uyğun tətbiqi həddən ziyadə vacibdir. Ölkədə yeni yaranan aqroparklar müasir biliklərdən və dünya təcrübəsindən geniş yararlanır və müasir dünya standartlarına uyğun ərzaq məhsulları istehsal edirlər. Amma o da var ki, yalnız gəlirlərinin artmasına çalışan kiçik torpaq sahibləri pestisidlərdən istifadə zamanı normativləri pozurlar. Bu isə özlüyündə ağır nəticələrə səbəb olur. Ona görə də günün ən vacib məsələlərindən biri bütün fermerlərin təlimatlandırlması, həm də müəyyən nəzarət mexanizminin qurulmasıdır.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM