Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

14:03 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəzər sahilində torpaqların monitorinqinə başlandı, ciddi qanun pozuntuları aşkarlandı
Xəzər sahilində torpaqların monitorinqinə başlandı, ciddi qanun pozuntuları aşkarlandı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 19.07.2018

 

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlərə başlayıb.

Reydlər zamanı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazilərində mühafizə  zolağında torpaq istifadəçiləri tərəfindən qanunvericiliyin  tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Belə ki, monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qanunsuz tikinti və hasarlama işlərinin aparılması, torpaq sahələrinin zəbt olunması halları aşkarlanıb.

Məlumatda o da bildirilir ki, aşkar olunan belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır, buna yol verən  şəxslərə qarşı cərimələr tətbiq edilir, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilir. İndiyədək təkcə Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə  zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə 30 bildiriş (xəbərdarlıq) verilib,  23 hal üzrə sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə tərəfindən 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib. 

Xəzər dənizi sahilinə Xətai rayonu Naximov küçəsində torpaq tökülərək ərazinin qanunsuz genişləndirilməsi halları da aşkarlanıb. Bununla bağlı 47 hal müəyyən olunub. Sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq sənədlər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub.

Bu cür hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət məqsədi ilə istifadə hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir və nəticədə vətəndaşların narazılıqlarının yaranmasına gətirib çıxarır. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü və ictimaiyyətin istirahət hüquqlarını pozur. Bu, eyni zamanda turizmin inkişafı baxımından mənfi fəsadlara da səbəb olur.

Xatırladaq ki, belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min, 8 min və 40 min manat cərimə olunurlar. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu məsələyə “Azərbaycan” qəzetinin 17 iyul 2018-ci il tarixli nömrəsində “Deməsək olmur” rubrikası altında dərc olunmuş “Mənə dəniz verin...” sərlövhəli yazıda da toxunulmuşdur.

 

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM