Tədbir görülür
Astara rayonunun Kiyəbə qəsəbəsində yaşayan bir qrup sakinin redaksiyamıza göndərdiyi şikayət məktubunda deyilirdi ki, qəsəbədə 2015-ci ildən bəri hər gün saat 13:00-dan 15:00-dək, axşamlar saat 18:30-dan 20:00-dək işıqlar söndürülür. Bununla bağlı Astara Rayon Elektrik Şəbəkəsinin rəhbərliyinə dəfələrlə müraciət etsək də, xeyri olmayıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən məktubda göstərilənlərə münasibət bildirməyi, görüləcək tədbirlər barədə redaksiyaya və şikayətçilərə məlumat verməyi xahiş etmişdik.
“Azərişıq” ASC-nin texniki direktoru Ziyəddin Quliyevin imzası ilə aldığımız cavab məktubunda deyilir: “Şikayət ərizəsi Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən yerində araşdırılmışdır. Məlumat üçün bildiririk ki, Kiyəbə qəsəbəsi 35/10-6 kV-luq “Lovayn” yarımstansiyasından çıxan 10 kV-luq “Sub Sovxoz” hava xəttindən elektrik enerjisi ilə təmin olunur. “Lovayn” yarımstansiyası “Azərişıq” ASC tərəfindən yenidən tikilmiş, yarımstansiyada müasir tipli elektrik avadanlıqları quraşdırılmışdır. Göstərilən 10 kV-luq hava xəttinin bərpası, istismara yararsız dayaqların yenisi ilə əvəz olunması, xəttin qabariti pozulmuş hissələrində naqillərin tarımlanması və s. təmir işləri aparılan zaman xətt təmir müddətində şəbəkədən açılır, bu da kəndin elektrik təchizatında fasilələrin yaranmasına səbəb olur. 10 kV-luq hava xəttində əlavə təmir işlərinin aparılması üçün lazım olan mal və materiallar əldə olunmuşdur. Təmir işlərinin 2018-ci ilin iyul-avqust aylarında yerinə yetirilməsi nəzərdə tutulmuşdur”.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!