Alternative content

11:55 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır
Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır
ANA SƏHİFƏ / Mədəniyyət
10:07 18.07.2018

Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır və buna dəstək verməyə hazırdır. AZƏRTAC-ın məlumatına görə, bu fikri Kiyevdə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk ilə görüşündə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

“Xalqların mədəniyyətlərinin mübadiləsi olduqca önəmlidir. Kiyevin mərkəzində Müslim Maqomayev adına parkın salınması və orada onun heykəlinin qoyulması Azərbaycanla Ukrayna arasında mədəniyyətlərin mübadiləsinə çox gözəl örnəkdir”, - deyə Ə.Qarayev əlavə edib.

Nazir vurğulayıb ki, il ərzində Azərbaycan və Ukrayna mədəniyyət sahəsində onlarla birgə layihə həyata keçirir. Bunların sayını artırmaq olar.

Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyindən məmnunluğunu ifadə edib.

“Azərbaycan mədəniyyət sahəsində çox uğurlu layihələr həyata keçirir. Biz bu təcrübədən öyrənirik və birgə layihələrin həyata keçirilməsinə hazırıq”, - deyə nazir əlavə edib.