18 Iyul 2018 10:07
137
İQTİSADİYYAT
A- A+

Neft Fondunun 2018-ci il büdcəsində gəlir və xərclər artırılıb

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2018-ci il tarixli 17 iyul Fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər olunub.

Fərmana əsasən, 2018-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2018-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 9 milyard 723 milyon 786,1 min manatdan 13 milyard 307 milyon 411 min manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 3 milyon 612 min manatdan 4 milyon 80 min manata, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16 milyon 340 min manatdan 17 milyon 370 min manata artırılıb. Həmçinin valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 42 milyon 46,1 min manatdan 1 milyard 216 milyon 734,8 min manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 774 milyon 172 min manatdan 765 milyon 228,1 min manata qədər və ARDNF-in 2018-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 11 milyard 559 milyon 956,2 min manatdan 15 milyard 310 milyon 823,9 min manata qədər çoxaldılıb.

Bundan başqa, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 9 milyard 216 milyon manatdan 10 milyard 966 milyon manata qədər çoxaldılıb. Neft Fondunun 2018-ci il üçün büdcə xərclərinin ümumi həcmi 9 milyard 730 milyon 221,8 min manatdan 11 milyard 480 milyon 221,8 min manata qədər artırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video