Alternative content

07:25 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
ANA SƏHİFƏ / İDMAN
01:07 18.07.2018

İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, güclü rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis bildirib: “Hazırda məni yalnız bu görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Rəqibin iddialı açıqlamaları sübut edir ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir”.

“Qarabağ”-“Olimpiya” oyunu iyulun 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.