Alternative content

18:27 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha 15 məzun SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
Daha 15 məzun SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
ANA SƏHİFƏ / Təhsil
01:07 18.07.2018

Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunlar şirkətlərin diqqət mərkəzindədir. Bu ali məktəbin 2018-ci il məzunlarından daha 15 nəfəri SOCAR-ın Kompleks Qazma İşləri Tresti (KQİT) tərəfindən işə qəbul edilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, onların 12-si qazmaçı, 2-si geoloq, 1 nəfər isə elektronika mühəndisi olaraq işə götürülüb.

BANM-in məzunları heç bir müsabiqə keçmədən KQİT tərəfindən birbaşa işə götürülərək öz vəzifə təlimatlarının icrasına başlayıblar. Yeni işçilər üçün əvvəlcə əməyin təhlükəsizliyi qaydaları və sahə təlimatları üzrə təlimlər keçirilib. Sonra məzunlar dənizdə və quruda öz yeni vəzifə təlimatlarının icrasına dair prosesləri müşahidə etmək və öyrənmək üçün işə başlayıblar.

Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkəmizin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində axtarış-kəşfiyyat və istismar-qazma işləri aparır.