Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:08 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici investorların Azərbaycan iqtisadiyyatına marağı artır
Xarici investorların Azərbaycan iqtisadiyyatına marağı artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 18.07.2018

 

Azərbaycanın dinamik inkişafının təməlində dövlətin düşünülmüş, uzaqgörən siyasəti dayanır. Məhz bu siyasətin nəticəsində ölkədə güclü iqtisadiyyat qurulub. Son 15 ildə iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə yoxdur. Odur ki, böhranlı illərdə də iqtisadi gücünü qoruya, vəziyyətdən az itkilərlə çıxa bilib. 

Əvvəlki illərdə aparılan islahatlar müsbət nəticələr verir. Odur ki, bu ilin birinci yarısının göstəriciləri də ürəkaçandır. Altı ay ərzində ümumi daxili məhsul artıb. Qeyri-neft sənayesinin 8,8 faiz artması, dövlətin qarşıya prioritet kimi qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi buna misal ola bilər. Kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə çoxalır. Bu, xüsusilə bitkiçilik sahəsində özünü göstərir. Vaxtilə gözdən salınmış, unudulmuş sahələr yenidən dirçəldilib. İndi Azərbaycan kəndlisi bol pambıq, üzüm, meyvə, tərəvəz, fındıq və s. yetişdirir. Nəticədə, ölkədə ərzaq təhlükəsizliyi yaranmaqla bərabər, ixrac potensialı da artıb. Hazırda Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4 milyard dollardan çoxdur. İxrac 34 faiz artıb. Bu artımda qeyri-neft məhsullarının ixracının payı getdikcə daha da çoxalır.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında son dövrlərin nailiyyətlərindən bəhs edilərkən neft-qaz sahəsində görülmüş işlərin tarixi əhəmiyyəti də vurğulanıb. İclasda Prezident İlham Əliyev bu ilin birinci yarısında görülmüş bütün işlərin ən yüksək qiymətə layiq olduğunu bildirib. Belə ki, bu sahədə tədbirlər qrafik üzrə müvəffəqiyyətlə həyata keçirilib.
İqtisadiyyatın inkişafının bünövrəsi 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın neft-qaz sektoruna dünyanın marağı azalmır, əksinə, getdikcə artır. Yeni müqavilələrin imzalanması və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulması bunu əyani şəkildə göstərir.
Sözügedən iclasda Prezident İlham Əliyev bu barədə demişdir: “İndi bizim bütün neft infrastrukturumuz var. Biz 1994-cü ildə “Əsrin kontraktı”nı imzalayanda heç bir ixrac kəmərimiz yox idi. Bakı-Novorossiysk kəməri də sıradan çıxmışdı. Çox böyük vəsait qoyulmuşdur. Bu gün bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP layihəsi icra edilir. Əlbəttə, bütün bu infrastrukturu biz yaratmışıq”.
Bu il mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan qazını ölkəmizin və Gürcüstanın ərazisi boyu daşıyan, “Cənub qaz dəhlizi”nin mühüm seqmentlərindən olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi müvəffəqiyyətlə başa çatdırılıb. Dəhlizin ehtiyat mənbəyi - “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində artıq Türkiyəyə qaz nəqlinə başlanıb. Xatırladaq ki, “Şahdəniz-2”nin ən yüksək sabit hasilat dövründə ildə 16 milyard kubmetr qaz verəcəyi gözlənilir. Bunun da 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri Avropa üçün nəzərdə tutulub. Ümumiyyətlə isə “Şahdəniz”in hasilatı birinci mərhələ də daxil olmaqla ildə 26 milyard kubmetr qaz və gündəlik 120 min barel kondensat həcminə çatdırılacaq. İyun ayında isə TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) açılışı olub.
Bunlar dünyada böyük əks-səda yaradan nəhəng layihələrdir. O cümlədən
TANAP-ın istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Bu hadisə Azərbaycanın irəli sürdüyü qlobal layihələri gerçəkləşdirmək gücündə olduğunu, Türkiyə ilə tərəfdaşlığının yeni töhfələr verdiyini təsdiqləyir. TANAP həm də ona görə önəm daşıyır ki, Azərbaycan qazının Avropaya marşrutu bu kəmərin Türkiyədən keçdiyi yolun davamı olacaq.
Nazirlər Kabinetinin iclasında TANAP-ın nəzərdə tutulduğundan ucuz başa gəlməsi müsbət hal kimi qeyd edilib. Layihəyə 11 milyard dollar əvəzinə, 8 milyard dollar vəsait xərclənib. Bu isə həm məsuliyyət və nəzarətin güclü olması, həm də hər qəpiyin qiymətini bilmək, yəni qənaət deməkdir.
Hazırda TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi davam edir. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan bu kəmərin tikintisinin 2020-ci ildə başa çatacağı gözlənilir. TAP Yunanıstan, Albaniya və İtaliyanın ərazisindən keçəcək. Gələcəkdə isə Azərbaycan qazını dünyaya aparan yolların daha da şaxələndirilməsi, Xorvatiyaya, Monteneqroya, Bosniya və Herseqovinaya, daha uzaq ölkələrə çatacağı istisna edilmir.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı son illər ərzində aparılan islahatların bəhrə verdiyini və onların davam etdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”.
Göründüyü kimi, ölkə iqtisadiyyatı getdikcə şaxələndirilir. Neftdən, qazdan əldə olunan gəlirlər sayəsində digər sahələr də inkişaf etdirilir. Bununla belə, neft-qaz sektorunun özünə də maraq azalmır. Belə ki, Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq getdikcə daha da möhkəmlənir. Nazirlər Kabinetinin iclasında
SOCAR-ın yaxın vaxtlarda yeni müqavilələr imzalayacağı da bildirilib. Xarici investorlar ölkəmizin neft-qaz sektoruna böyük maraqla sərmayələr yönəldirlər və yenə də yönəltmək fikirləri var. Bu da səbəbsiz deyil, Azərbaycan sabit və güclü ölkədir.

Flora SADIQLI,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM