Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:59 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Taxıl zəmilərində, pambıq tarlalarında iş başdan aşır
Taxıl zəmilərində, pambıq tarlalarında iş başdan aşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 18.07.2018

 

Dövlət başçısının ölkədə qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək istiqamətində qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar Yevlax rayonunda da böyük canlanma yaratmışdır.

Kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıqda, taxılçılıqda və baramaçılıqda qazanılan nəticələr xüsusilə diqqət çəkir. İndi rayonun təsərrüfatlarında işlərin qızğın çağıdır. Bir tərəfdə pambıq əkinlərinin becərilməsi aqrotexniki qaydalar əsasında davam etdirilir, bir tərəfdə taxıl  zəmilərinin bol məhsulunun tez və itkisiz yığılması üçün kombaynçılar səy və bacarıqlarını əsirgəmir, digər tərəfdə isə kümçülər hasilə gətirdikləri baramanı təhvil verirlər.

Keçən il 2.168 hektarda pambıq əkib becərən kənd əməkçiləri yekunda 3.417 ton “ağ qızıl” istehsal etdilər. Bu, yüksək nəticə sayılmasa da, pambıqçılıqda əkinçilik mədəniyyətinin yenidən bərpa edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu il hədəf hər hektardan azı 20 sentner məhsul götürməyə nail olmaqdır. Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyeva bacarıqlı fermer kimi bu gün də əmək cəbhəsindədir. Onun pambıq haqqında fikirləri maraqlıdır:

- Pambıqdan əldə etdiyimiz gəlir hesabına özümüzə firavan həyat qurur, xoş güzəran yaradırdıq. Məhsul yığımı vaxtı kəndin yollarında bir nəfər də gözə dəyməzdi. Hamı tarlada, iş başında olardı. Tənbəllik edənləri el-oba qınayar, məzəmmət edərdi. Hamı çalışar, hamı işləyər, hamı da yaxşı dolanardı. Təəssüf ki, arada pambığa soyuq münasibət oldu. Ulu öndəri Heydər Əliyevin başa çatdırmağa imkan tapmadığı işləri Prezident İlham Əliyev uğurla həyata keçirir. Onun pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələri mənə də qol-qanad verir, xeyli yaşım olsa da, yeni nailiyyətlər qazanmağa ruhlandırır. Pambıqçılığa yaxşıya doğru dəyişən münasibət bir də ona görə ürəyimizcədir ki, indi kəndlərimizdə işsiz qalmayıb. Hər kəs gücü çatan bir işin qulpundan yapışır. Beləcə, dövlət də qazanır, kəndli də. Mən yenə pambıq əkib-becərirəm. Təbii ki, daha əvvəlki gənclik enerjim yoxdur. Amma əllərim hələ işdən soyumayıb. Bu il 3 hektar sahədə pambıq əkmişik. Azı 10 ton pambıq istehsal etmək əzmindəyik.

Keyfiyyətli becərmə bitkilərin sürətli inkişafını təmin edir. Artıq cərgəaralarına dördüncü kultivasiya çəkilir. Uzun illərin təcrübəsinə arxalanıb deyə bilərəm ki, çəkilən zəhmət, axıdılan alın təri heç zaman bəhrəsiz qalmır.

Bu il Yevlaxın təsərrüfatlarında 2.500 hektar sahədə pambıq əkilmişdir. Bu, keçən ildəkindən 332 hektar çoxdur. Artıq rayonda qabaqcıl pambıqçılar məktəbi formalaşmaqdadır. Qoyunbinəsi kəndindən Mahmud Əsgərov, Elvin Bağırov, Yəldili kəndindən Dürdanə Cəbrayılova, Ələddin Muradxanov, bir çox digərləri “ağ qızıl”ın əvvəlki şöhrətini qaytarmaq üçün əllərindən gələni əsirgəmirlər.

Taxıl biçini də zərbəçi ahənglə  davam edir. Keçən il 10.575 hektar sahədən 35.282 ton taxıl istehsal edən “sarı kəhrəba” ustaları nailiyyətləri daha da artırmaq əzmi ilə çalışırlar. Hazırda arpa sahələrinin məhsulu biçilir. “Aqrolizinq”in Yevlax ərazi nümayəndəliyinin rəhbəri Sədaqət Ağayev dedi ki, hazırda təsərrüfatlarda nümayəndəliyin 23 kombaynı işləyir. İndiyədək 4 min hektardan çox arpa sahəsi biçilmişdir. Hələlik hər hektarın orta məhsuldarlığı 27 sentnerdir. Yerlərdə kombayn çatışmazlığı var. Hər kəs çalışır ki, yetişdirdiyi məhsulu tez və itkisiz yığıb götürsün. Axı biçinin bir gün gecikməsi xeyli məhsul itkisi ilə nəticələnir. Odur ki,  mexanizatorlar gücləndirilmiş rejimlə işləyirlər. Hava şəraiti imkan verəndə biçin gecə saatlarında da davam etdirilir. Kombaynçılardan Əli Bayramov, Çingiz Mustafayev, İldırım Əliyev və Mətləb Verdiyev gündəlik biçin normasını artıqlamasilə yerinə yetirir, nümunə göstərirlər.

Rayonda barama tədarükünün də qızğın çağıdır. İndiyədək 8 min kiloqramdan çox yüksək keyfiyyətli barama tədarük olunmuşdur. Rayon kümçülərinin cari il üçün hədəfi isə 10 min kiloqramdır. Baramaçılıqda qazanılan uğurlar ipəkqurdları üçün etibarlı yem bazası yaradılmasının nəticəsidir.

 

Lazım QULİYEV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM