18 Iyul 2018 01:07
429
Fərmanlar
A- A+

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2338) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “11 559 956,2” və “9 730 221,8” rəqəmləri müvafiq olaraq  “15 310 823,9” və “11 480 221,8” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bənddə “9 723 786,1” rəqəmləri “13 307 411,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci bənddə “3 612,0” rəqəmləri “4 080,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 2.3-cü bənddə “16 340,0” rəqəmləri “17 370,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 2.4-cü bənddə “1 042 046,1” rəqəmləri “1 216 734,8” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. 2.5-ci bənddə “774 172,0” rəqəmləri “765 228,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “11 559 956,2” rəqəmləri “15 310 823,9 “ rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.2-ci bənddə “9 216 000,0” rəqəmləri “10 966 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “9 730 221,8” rəqəmləri “11 480 221,8” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyul 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video