Alternative content

16:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər üçün “Yay məktəbi” başladı
Gənclər üçün “Yay məktəbi” başladı
ANA SƏHİFƏ / Təhsil
12:07 18.07.2018

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Quba rayonunda “Yay məktəbi” fəaliyyətə başlayıb.

“Yay məktəbi”nin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək tədbirlər planının müvafiq bəndlərinin icrası, gənclərdə milli-vətənpərvərlik hissinin aşılanması, ölkəmizin bölgələrinin tanınması və asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.

“Yay məktəbi”nin ilk turuna Sumqayıt və Qubadlı rayon gənclər və idman idarələrinin  birgə təşkilatçılığı ilə start verilib.  N.Nərimanov adına Mədəniyyət Evində “Yay məktəbi”nin açılış mərasimində hər iki idarənin rəhbərləri, valideynlər, məktəblilər çıxış edərək ölkə başçısının gənclərimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. Daha sonra təşkilatçılar  “Yay məktəbi”nin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat verərək layihənin gənclərin bilik və bacarıqlarının artırılmasına, təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd ediblər.

“Yay məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, 2017/2018-ci tədris ilində 700 bal toplayaraq ali məktəblərə qəbul olan (Sumqayıt və Qubadlı üzrə) tələbələr, fənn olimpiadası, müxtəlif yarış, müsabiqə, festival qalibləri və “Şahin” hərbi idman oyunu üzrə respublika çempionu adına layiq görülmüş komanda iştirak edib.

Əsrarəngiz təbiətə malik olan Qubada təşkil olunan “Yay məktəbi”nin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intellektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay süfrəsi təşkil edilib. “Yay məktəbi” çərçivəsində gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, Qubanın tarixi və mədəniyyəti ilə də yaxından tanış olacaqlar.

 

Akif ƏLİYEV,

“Azərbaycan”