Alternative content

10:48 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerTelecom” və STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
“AzerTelecom” və STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
ANA SƏHİFƏ / ELANLAR
12:07 18.07.2018

 

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC ilə STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“AzerTelecom” və STEP Kompüter Akademiyası arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsillə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

Əməkdaşlıq memorandumu “AzerTelecom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev və STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov arasında imzalanıb və bir sıra mühüm istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.

“Memorandum qarşımızda yüksək texnologiyalar sahəsində təhsilin inkişafı, akademiyanın şagird və tələbələrinin nəzəri və təcrübi biliklərinin artırılması üçün geniş imkanlar yaradır. “AzerTelecom” şirkəti cəmiyyətimizin davamlı inkişafını hədəfləyən, elm və təhsil yönümlü müxtəlif layihələri daim dəstəkləyir. STEP Kompüter Akademiyası ilə gələcək faydalı əməkdaşlığımız çərçivəsində birgə həyata keçirəcəyimiz yeni maarifləndirici layihələrin ümumi inkişafa töhfə verəcəyinə inanırıq” - deyə şirkətin baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.

Öz növbəsində STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov bildirib ki, memorandum çərçivəsində birgə əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və İKT sahəsində təhsilin irəli aparılmasına şərait yaradacaq.

STEP Kompüter Akademiyası barədə:

STEP Kompüter Akademiyası 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

“AzerTelecom” MMC barədə:

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

 

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM