17 Iyul 2018 09:07
352
Elm və texnika
A- A+

“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı nəşr olunub.

AZƏRTAC “science.gov.az” saytına istinadla xəbər verir ki, nəşr görkəmli alim və ictimai-siyasi xadim, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir.

Kitabın elmi redaktorları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirovdur. Nəşrin tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Biblioqrafiyaya alimin həmin illərdə dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi və rəhbəri, opponenti olduğu elmi işlər, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında materiallar daxil edilib. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

Kitabda AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyevin görkəmli alimin həyatı və çoxşaxəli elmi fəaliyyətindən bəhs edən “Böyük ömrün illəri və əsərləri” sərlövhəli “Ön söz”ü verilib.

Zəngin informasiyanı əks etdirən bu biblioqrafik informasiya mənbəyi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video