Alternative content

07:48 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ən çox qazanc əldə edən idmançıların adları açıqlanıb
Ən çox qazanc əldə edən idmançıların adları açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
05:07 17.07.2018

“Forbes” jurnalı müxtəlif idman növlərində dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, reytinqdə birinci yer boksçu Floyd Meyvezerə məxsusdur. Onun əsas gəlir mənbəyi qarışıq növlər üzrə döyüşçü Konor Makqreqorla qarşılaşmasından əldə etdiyi vəsait hesab olunur. Meyvezer həmin döyüşə görə 275 milyon dollar qazanıb. “Forbes” jurnalı Leonel Messi və Kriştianu Ronaldunu da ən çox qazanan idmançılar siyahısına daxil edib.

Reytinq cədvəlinin ilk onluğu aşağıdakı kimidir:

Floyd Meyvezer – 285 milyon dollar, Corc Kluni – 239 milyon, Kayli Cenner -166.5 milyon, Cudi Şeyndlin – 147 milyon, Dueyn Conson 124 milyon, Lari Malenu – 118 milyon, Lionel Messi – 111 мilyon, Ed Şiran – 110 milyon, Kriştianu Ronaldo -108 milyon, Bruno Mars -100 milyon.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM