Alternative content

15:42 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Neft Fondu indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 580 milyon manat vəsait ayırıb
Dövlət Neft Fondu indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 580 milyon manat vəsait ayırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:07 17.07.2018

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il iyul ayının 1-dək Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 580 milyon manat vəsait ayırıb.

AZƏRTAC ARDNF-ə istinadla xəbər verir ki, bu ilin birinci yarısında isə Neft Fondu tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait yönəldilib.