Alternative content

05:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Çölçü” filmi iki müxtəlif festivalda mükafatlara layiq görülüb
“Çölçü” filmi iki müxtəlif festivalda mükafatlara layiq görülüb
ANA SƏHİFƏ / Mədəniyyət
04:07 17.07.2018

“Çölçü” filmi iki müxtəlif festivalda mükafatlara layiq görülüb.

Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev bildirib.

Onun sözlərinə görə, film 6-cı “Virgin Spring Cinefest 2018”in fevral ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb və “Golden Galaxy Award” mükafatının “Yaxşıların yaxşısı” nominantı statusunu qazanıb.

“Çölçü” filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “Cult Critik Movie Awards” jurnalının 2018-ci ilin yanvar ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb və bununla da Jan Lük Qodar mükafatına nominant statusu qazanıb. Mükafatların təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcək.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 37 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb. “Çölçü” ümumilikdə 7 dəfə “Ən yaxşı bədii film”, 3 dəfə “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.