Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:30 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəndlinin nəfəs dərməyə vaxtı yoxdur
Kəndlinin nəfəs dərməyə vaxtı yoxdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 17.07.2018

 

O, taxıl biçir, pambıq becərir, barama təhvil verir

 

İmişli kəndlisinin qayğılı günləridir. Səhər açılandan qaş qaralana kimi, taxıl zəmilərində, pambıq tarlalarında, bostanlarda, bağ-bağçalarda iş başdan aşır.

Taleyini torpağa bağlayan, dövlətin qayğısından güc alıb zəhmətinə güvənən kənd adamları məhsul bolluğu uğrunda fədakarlıqla çalışırlar.

Rayonda strateji kənd təsərrüfatı sahəsi hesab edilən pambıqçılığın inkişafına böyük önəm verilir. İstifadə edilməyən torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına pambıq əkinlərinin sahəsi ildən-ilə genişləndirilir. Əgər 2016-cı ildə 5.051 hektar sahədə pambıq əkilib 10.173 ton məhsul istehsal olunmuşdusa, cari ildə pambıq əkini sahələri genişləndirilərək 13.324 hektara çatdırılmışdır. Hədəf hər hektardan orta hesabla 20 sentner məhsul götürməkdir.

İndi rayonda bütün qüvvələr səfərbərliyə alınıb, qarşıya qoyulmuş məqsədi reallaşdırmağa yönəldilmişdir. İmişli Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən qərargah bu günlər rayon pambıqçılarının ümid ünvanına çevrilmişdir. Təsərrüfatlardan daxil olan müraciətlərə qərargahda diqqətlə yanaşılır, qarşıya çıxan çətinlik və problemlər operativ surətdə aradan qaldırılır. Rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri isə becərmədə, pambığın xəstəlik və zərərvericilərinə qarşı mübarizədə aqrotexniki tələblərə ciddi əməl olunmasına gündəlik nəzarət edir, pambıqçılara metodiki göstərişlər verir, faydalı məsləhətlərini əsirgəmirlər. Çəkilən zəhmətin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi qənaətbəxşdir. Məhsul bolluğuna etibarlı bünövrə qoymaq məqsədilə kultivasiya ilə birlikdə tarlalara norma əsasında mineral gübrələr verilir, zərərvericilərə qarşı təsirli kimyəvi mübarizə aparılır.

Ümumiyyətlə, yaxın keçmişdə tənəzzülə uğramış, gözdən salınmış pambıqçılıq ölkənin pambıqçılıqla məşğul olan digər regionlarında olduğu kimi, İmişlidə də dirçəliş dövrünü yaşayır.

Bir zamanlar pambıqçılıqdan əldə etdikləri gəlirlə özlərinə güzəran quran, geniş və yaraşıqlı yaşayış evləri tikdirən, minik maşınları alan, ailə qayğılarını qarşılayan kəndlilər həvəslə yenidən pambıqçılığa üz tuturlar. Artıq rayonda bacarıqlı, pambıqcılığı inkişaf etdirməyə qadir fermerlər yetişmişdir. Onlardan söz düşəndə Səxavət İsmayılovun, Nadir Vəliyevin, İsa Rüstəmovun adı birincilər sırasında çəkilir.

Bu günlər İmişlidə taxıl biçininin də qızğın çağıdır. Fermerlər böyük zəhmət bahasına yetişdirilmiş məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün səy və bacarıqlarını əsirgəmirlər. İndiyədək 3.035 hektar sahənin məhsulu biçilmişdir. Keçən il 16 min 320 hektar sahədən 57 min 771,5 ton taxıl istehsal edən imişlililər bu il taxıl əkini sahələrini 19 min 84 hektara çatdırmışlar. Bunun 5760 hektarı arpa, 13324 hektarı buğdadır. Orta məhsuldarlıq hələlik arpa sahələrində 25,3, buğda sahələrində 36,1 sentnerdir.

Rayonda taxılçılığı inkişaf etdirmək üçün toxumçuluğa da böyük diqqət yetirilir. Toxumçuluqla 6 təsərrüfat məşğuldur. Toxum üçün nəzərdə tutulan sahələr vaxtında aprobasiya edilmişdir. Həmin sahələrin məhsulu ayrıca biçilib götürülür, aqrotexniki tələblərə uyğun qaydada mexaniki qarışıqlardan təmizlənib tədarük olunur. Kərim Həsənovun, Asif Abdullayevin, Rəmzi Şükürovun və Akif Həsənovun rəhbərlik etdikləri fermer təsərrüfatları keyfiyyətli və yüksək məhsuldarlığa malik toxum tədarük etmək üçün zəruri tədbirlər görürlər.

İndi baramaçılıqda da məsul dövrdür. Kümçülər yetişdirdikləri baramanı təhvil verirlər. Keçən il rayonda 8.030 kiloqram barama tədarük olunmuşdur. 2018-ci ilin hədəfi isə 15 tondur. İndiyədək 5 min kiloqramdan çox barama tədarük olunmuşdur. Hələ kümxanalarda məhsul çoxdur.

Onu da qeyd edək ki, cəmi 35-40 gün ərzində hasilə gələn barama kəndli üçün sərfəli təsərrüfat sahəsidir. Sahənin yem bazasını məhkəmləndirmək üçün rayonda məqsədyönlü tədbirlər görülür. 2016-cı ildə Çin Xalq Respublikasından gətirilmiş 37 min məhsuldar tut tingi əkilmişdir. Keçən il əkilmiş tut tinglərinin sayı isə 17 mindir.

 

Lazım QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto)

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM