Alternative content

02:23 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
12:07 17.07.2018

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7  may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik  Fondunun  Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilsinlər:

 

Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin  İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının  təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu            -Azərbaycan Respublikasının  mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.

 

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 18 iyul tarixli 651 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 878) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 iyul 2018-ci il