Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:18 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi başlayır
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi başlayır
ANA SƏHİFƏ / Təhsil
12:07 17.07.2018

 

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində iyulun 17-də “Təhsil avtobusu - 2018” yay məktəbinə başlanılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Bakıdakı 20 nömrəli məktəb-liseydə keçirilən mətbuat konfransında təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Bildirilib ki, proqramın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.

Nazir müavini layihənin ölkənin 5 bölgəsindəki həm orta məktəblərin, həm də modul məktəblərin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdlərinin inkişaflarına, dünyagörüşünün formalaşmasına geniş imkanlar yaradacağını diqqətə çatdırıb.

İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər şəxsi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər. “Təhsil avtobusu” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4 min kilometr yol qət edilib. Yay məktəbinə Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib.

Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli müasir dünyada təhsilin mühüm rolundan, ölkəmizdə bu sahədə reallaşdırılan proqram və layihələrin əhəmiyyətindən danışıb.

H.Rəcəbli, eyni zamanda, “Təhsil avtobusu - 2018” yay məktəbinin təhsilə töhfə verəcəyinə əminliyini bildirib. 

Digər müvafiq qurumların nümayəndələri də çıxış edərək layihə ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıblar.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə reallaşdırılır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM