Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

12:25 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qobustan tikinti meydanına çevrilib
Qobustan tikinti meydanına çevrilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 17.07.2018

 

Şəhər və kəndlərdə çoxsaylı sosial-iqtisadi obyektlər inşa olunur

 

Paytaxtdan çıxıb Qobustan şəhərinə çatanda yolun hər iki tərəfində göz oxşayan  mənzərə canlanır. Sağ tərəfdə təzə inşa olunmuş binalar, səkilərin kənarı ilə əkilmiş qızılgül kolları diqqəti çəkir. Keçən əsrin 50-60-cı illərində tikilən ikimərtəbəli binalara da yeni nəfəs verilib. Başqa sözlə, dövlət başçısının ayırdığı vəsait hesabına həmin binalar tamamilə yenidən qurulub. Şəhərin fasiləsiz su təchizatı bu məkanın cəlbediciliyinə əhəmiyyətli təsirini göstərir. Şəhərdaxili yollara asfalt örtük vurulması gediş-gəlişi asanlaşdırır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustanda quraşdırdığı günəş və külək enerji qurğularından ibarət hibrid elektrik stansiyası şəhərin gözəlliyini daha da artırır. “Qobulənd” əyləncə mərkəzi isə yolüstü səfərdə olan insanlara rahatlıq gətirir.

Rayonda hazırda çoxsaylı obyektlərin tikintisi davam edir. Təkcə bu il Prezident İlham Əliyev rayonun təhsil, səhiyyə, istehsal, əkin sahələrinin suvarılması ilə bağlı 5 sərəncam imzalayıb, rayona 20 milyon manatdan çox vəsait ayrılıb.

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərovla tikilməkdə olan obyektlərin bir neçəsinə baş çəkdik. Əvvəlcə yolumuz şəhərdəki 100 yerlik uşaq bağçasından düşdü. M.Əkbərov dedi ki, bu bağça şəhər ərazisində sayca üçüncüdür. Birincisi şəhərin Nərimankənd hissəsindədir. İkincisi daxili imkanlar hesabına inşa olunmuş 100 yerlik körpələr evidir. İndi inşaat işləri gedən yerdə əvvəllər 2 saylı körpələr evi olub. Həmin binanın istismar müddəti bitdiyi üçün yenisinin inşasına qərar verilib. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə 1,3 milyon manat vəsait ayrılıb.

Körpələr evi-uşaq bağçasının sifarişçisi Ərazilərin Bərpa və Yenidən Qurulması üzrə Dövlət Agentliyi, podratçısı isə “Azəraqrartikinti” ASC-dir. Tikintidə 35 nəfər çalışır. Bir və ikimərtəbədən ibarət olacaq kompleksdə hər cür şərait yaradılacaq.

“Azərxalça” ASC-nin Qobustan Xalçaçılıq Müəssisəsinin tikintisində də işlərin qızğın çağıdır. Ümumi smeta dəyəri 2 milyon manat olan bu müəssisənin sifarişçisi “Azərxalça” ASC, podratçısı “Elseym-inşaat” MMC-dir. Tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra onlarca qadın burada çalışacaq.

Xalçaçılıq müəssisəsinin yaxınlığında yunun ilkin emalı və boya maddələrinin tədarükü məqsədilə tədarük məntəqəsi tikilir. Tikintini ilin sonunadək yekunlaşdırmaq qərara alınıb. Bu müəssisədə yun ilkin emal prosesindən keçdikdən sonra Sumqayıt şəhərindəki fabrikə göndəriləcək.

Bu müəssisənin Qobustanda tikilməsi təsadüfi deyil. Rayonda qoyunçuluq daha çox inkişaf edib və burada hər il təxminən 157 min ton yun tədarük olunur. İndiki halda qoyunçuluqla məşğul olanlar yunu dəyər-dəyməzinə satırlar. Burada da işlər ilin sonunadək yekunlaşmalıdır.

Yeni inşa olunan Mərkəzi Xəstəxananın ərazisində də olduq. Bina üç girişli, beşmərtəbəli olmaqla 50 çarpayının yerləşdirilməsinə hesablanıb. Ümumi sahəsi 1146 kvadratmetrdir. Yeni bina ilə yanaşı ikimərtəbəli köhnə bina da təmir edilərək təcili yardım üçün ayrılacaq.

Yeni bina istifadəyə verildikdən sonra 90 çarpayılıq xəstəxana da təmir ediləcək. Səhiyyə Nazirliyinin sifarişi ilə tikinti işlərini “Turqay” MMC görür və hazırda burada 100 nəfər inşaatçı çalışır.

İcra olunan  layihələrdən biri də Qobustan-Poladlı yolunun çəkilişidir. Uzunluğu 14,5 kilometr olan yolun çəkilməsi 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulub. İlkin smeta dəyəri 6,3 milyon manat olan bu yolun ilin sonunadək təhvil verilməsi nəzərdə tutulub. 

Tikintisi yekunlaşmaqda olan 624 yerlik Qobustan şəhər 3 saylı tam orta və Şıxzahırli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəblərdə, habelə 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrində də işlər rəvan gedir. Kəndlərin su təchizatı da daim diqqətdə saxlanılır. Dövlət başçısının sərəncamı ilə əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində 1 artezian quyusunun qazılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə vəsait ayrılıb.

Beləcə yeni tikilən, əsaslı təmir olunan binalar, çəkilən yollar Qobustan şəhərinin və kəndlərin simasını dəyişir bura aydan-aya, ildən-ilə müasirləşir, abad və yaraşıqlı rayonlardan birinə çevrilir.  

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM