Alternative content

23:21 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolluq həm də bərəkətdir
Bolluq həm də bərəkətdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 17.07.2018

 

Şabranda taxıl biçini Quba, Qusar və Xaçmaz rayonları ilə müqayisədə bir qədər tez başlayır və hər il bu kampaniya rayon rəhbərliyi tərəfindən hazırlanmış xüsusi proqram əsasında  aparılır.

Ötən ilin payızında Şabranda 12907 hektar sahədə taxıl əkilmişdir. Onun 8329 hektarı buğda, 4578 hektarı arpadır. İyun ayı başlayandan biçinə start verilsə də, yağışlar taxılçıların işinə mane oldu. Amma son günlər havaların qızması  ilə şabranlılar biçini sürətləndiriblər.  

Rayonda 27 kombayn var, hamısı işlək vəziyyətdədir. “Aqrolizinq”  tərəfindən 4 kombayn alınıb. Fərdi təsərrüfat sahiblərinin 10-dan artıq kombaynı da sahədədir. “Aqroservis” tərəfindən isə 8 kombayn biçində iştirak edir. Ətraf rayonların kombaynçıları da Şabranın bərəkətli çöllərində biçinlə məşğuldur. Bu gün fiziki şəxslərdə olan kombaynların sayı da ötən ilkinə nisbətən çoxdur.

Kombaynların yanacaqla təminatı rayonda lazımi qaydada həll olunub. Biçin başlayandan bugünədək heç bir  kombaynçı yanacaq və sürtkü yağları ilə bağlı problemlə üzləşməyib.

Rayonda yerli şəraitə və iqlimə uyğunlaşdırılan müxtəlif buğda sortları əkilir. Bunlar “Qobustan”, “Elit”, “Azəri-95” və digər sortlardır. Mütəxəssislər bu sortların Şabranda  məhsuldarlığının yüksək olduğunu bildirirlər. Cari  ildə hər hektardan əvvəlki illərə nisbətən daha çox məhsul götürüləcəyi hesablanıb. Becərmə zamanı aqrotexniki qaydalara riayət edilməsi  məhsuldarlığın artmasına səbəb olan amillərdəndir.  

Rayonda təhlükəsizlik məsələlərinə də xüsusi diqqət verilir. Şimal bölgəsinin quraqlıq  ərazisi sayılan Şabranda rayonun əlaqədar təşkilatları  xüsusi  iş rejiminə keçib.  Taxıl sahələri arasına çəkilən şırımlar hər axşam yenilənir. Bu məqsədlə rayonun əlaqədar təşkilatları məlumatlandırılıb və  rayon rəhbərliyi tərəfindən  yaradılan xüsusi briqadalar növbəli şəkildə, hətta gecələr də taxıl sahələrini nəzarətdə saxlayırlar.

Taxıl biçinində “Turaz”, “Zaman”, “Dostluq” MMC-lər, “Elit” toxumçuluq təsərrüfatı  ötən illərdə olduğu kimi, yenə də fərqlənirlər.

 

Akif ƏLİYEV,

“Azərbaycan”