17 Iyul 2018 12:07
374
İDMAN
A- A+

“Belə penalti təyin etmirlər”

 

“Oyunçularıma bildirdim ki, vətənə başıuca qayıda bilərlər. Qazandığımız nəticəyə görə fəxr etməliyik. Məyus olmaq üçün əsas yoxdur. Futbolda bəzən uduzmaq da mümkündür”. Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

Dünya çempionatının finalında Fransaya 2:4 hesabı ilə uduzduqları görüş barədə danışan 51 yaşlı mütəxəssis hakimin təyin etdiyi penaltiyə də münasibət bildirib: “İlk 20 dəqiqədə yaxşı oynadıq. Topa nəzarət etsək də, rəqib hesabı açdı. Avtoqoldan sonra da hücumlara ara vermədik. Cavab qolundan sonra rəqib bu dəfə penaltidən fərqləndi.  Mən hakimlərin qərarını şərh etməyi sevmirəm. Amma dünya çempionatının finalında belə penalti təyin etmirlər. Bununla Fransanın qələbəsinə kölgə salmaq fikrində deyiləm. Bu, mundialın ən yaxşı oyunu idi. Yaxşı oynasaq da, yekunda məğlub olduq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video