Alternative content

05:36 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paris metrosu stansiyalarının adları Fransa yığmasının qələbəsi şərəfinə dəyişdirilib
Paris metrosu stansiyalarının adları Fransa yığmasının qələbəsi şərəfinə dəyişdirilib
ANA SƏHİFƏ / İDMAN
09:07 16.07.2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun bir neçə stansiyasının adları dəyişdirilib.

AZƏRTAC “Le Parisien” nəşrinə istinadla bildirir ki, Paris metrosunun altı stansiyasının adlarına dəyişiklik edilib. Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.

Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.

Xatırladaq ki, iyulun 15-də keçirilən final matçında 4:2 hesabı ilə Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə, 1998-ci ildən isə birinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.