Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:41 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZƏRTAC-ın fotomüxbirinin “ulduz saatı”
AZƏRTAC-ın fotomüxbirinin “ulduz saatı”
ANA SƏHİFƏ / Mədəniyyət
09:07 16.07.2018

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun son vaxtlarda qazandığı uğurları mübaliğəsiz “ulduz yağışı” adlandırmaq olar: o, Xorvatiya, Monteneqro, İrlandiya və Serbiyada keçirilmiş “Digitalna Foto Arhiva Circuit 2018” dairəvi beynəlxalq fotomüsabiqə salonlarının üç qızıl medalına və üç fəxri lentinə layiq görülüb.

Amerika Fotoqraflar Cəmiyyəti (PSA) tərəfindən keçirilən beynəlxalq fotomüsabiqəyə dünyanın 47 ölkəsindən 240 iştirakçının işləri təqdim edilmişdi. İ.Cəfərovun “Həyat həndəsəsi”, “Ağırlıqqaldıran qızın emosiyaları” və “Gimnastika elementi” adlı işləri fotomüsabiqənin “Şəhər həyatı”, “İdman” və “Fotojurnalistika” nominasiyalarında Amerika Fotoqraflar Cəmiyyətinin iki qızıl medalına, “Digitalna Foto Arhiva”nın qızıl medalına, habelə salonların üç fəxri lentinə layiq görülüb.

Bu günlərdə Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) “Fotoqrafiyada kim kimdir 2017” (“Who's Who in Photography 2017”) adlı illik soraq kitabı çapdan çıxıb. “Fotojurnalistika” nominasiyasında AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun adı ikinci dəfə dünyanın ən yaxşı fotoqraflarının siyahısına daxil edilib (birinci dəfə bu hadisə 2015-ci ilin yekunlarına əsasən baş vermişdi).

AZƏRTAC xəbər verir ki, sözügedən soraq kitabçasına keçən il altı nominasiyada uğurlar qazanmış fotoqrafların adları daxil edilib. Azərbaycanlı fotoqraf “Fotojurnalistika” nominasiyasında fərqlənib. Bu nominasiyada soraq kitabçasına yalnız o fotoqrafların adları daxil edilir ki, onların işləri dünyanın müxtəlif ölkələrində PSA-nın himayəsi altında keçirilən sərgilərdə ən azı 41 dəfə nümayiş etdirilmiş olsun. AZƏRTAC-ın fotojurnalistinin aktivində 57 ekspozisiya var.

Qeyd etmək lazımdır ki, İ.Cəfərovun işləri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) və Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) himayəsi altında keçirilən sərgilərdə fotoqrafiyanın müxtəlif janrlarında 400-dən çox sərgidə nümayiş etdirilib və 50 dəfədən çox yüksək beynəlxalq mükafatlara layiq görülüb. Keçən il o, Beynəlxalq Foto Sənəti Federasiyasının (Excellence FIAP) əməkdar rəssamı adına layiq görülüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM