Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:01 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı olub
Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
09:07 16.07.2018

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” məqalələr toplusunun təqdimat mərasimi keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış dilçi alimlər, media nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov diqqətə çatdırıb ki, milli dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin dövlət dili kimi inkişafı, tədrisi, müxtəlif sahələrdə tətbiqi prosesində hər bir vətəndaşın, xüsusilə ziyalıların rolu böyükdür. Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri onu deməyə əsas verir ki, telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələri üzrə pozulur.

Vurğulanıb ki, ötən ilin oktyabrında Bilik Fondunun Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının dəstəyi ilə reallaşdırdığı “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində bir sıra teleradio kanallarında keçirilən təlimlərdə iştirakçılara dilçilik, nitq mədəniyyəti ilə bağlı nəzəri biliklər verilməklə yanaşı, onlar üçün təcrübi məşğələlər də təşkil olunub. Bu tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin jurnalistika və filologiya fakültələrinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri təlimçi qismində iştirak ediblər.

Bildirilib ki, layihənin “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV” (Gəncə) və “ARB-24 Xəbər” (Tovuz) kanallarında həyata keçirilən ilkin mərhələsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü və dəstəyi ilə dilin saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli məqalələr toplusu hazırlanaraq Nəsimi adına Dilçilik İnstitutunun və Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunub.

Nəsimi adına Dilçilik İnstitutundan Sayalı Sadıqova, Sevinc Məmmədova, Sevinc Əliyeva və Nəzakət Qazıyeva, Bakı Dövlət Universitetindən Təranə İsmayılova, Mehriban Əlizadə və Nəsir Əhmədli, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən Azad Şükürov “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin əhəmiyyətini və dərc olunan eyniadlı topludan jurnalistlərlə yanaşı, ana dilimizin təəssübünü çəkən hər kəsin yararlana biləcəyini vurğulayıblar.

Layihənin növbəti mərhələsində televiziya verilişlərinin digər yayımçılarının da cəlb olunması, aparıcılar arasında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı müsabiqənin keçirilməsi kimi təkliflər səsləndirilib.

Tədbirdə Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişafı məqsədilə regionlarda həyata keçirəcəyi “Dilimiz sərvətimizdir” maarifləndirici layihəsi barədə məlumat verilib. Layihədə Azərbaycan dilini tədris edən təhsil işçiləri, yerli KİV nümayəndələri, məktəblilər və tələbələrin iştirakı nəzərdə tutulub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM