Alternative content

12:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çinin Bakı limanı və Ələt Azad İqtisadi Zonasından böyük gözləntiləri var
Çinin Bakı limanı və Ələt Azad İqtisadi Zonasından böyük gözləntiləri var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
09:07 16.07.2018

Çinin Bakı limanı və Ələt Azad İqtisadi Zonasından böyük gözləntiləri var.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edən Çin Xalq Respublikasının vacib sənaye mərkəzlərindən biri hesab olunan Şenyan şəhərinin nümayəndə heyətinin rəhbəri və İqtisadiyyat və informasiya komitəsinin rəis müavini Ma An Lin deyib.

Qonaqların diqqətinə çatdırılıb ki, Çin hökumətinin həyata keçirdiyi “Bir Kəmər - Bir Yol” təşəbbüsü Ələt Azad İqtisadi Zonasının (ƏATZ) inkişafına təkan verəcək önəmli layihələrdən biridir. Vurğulanıb ki, çinli sahibkarlar ƏATZ-nin imkanlarından istifadə edərək, burada istehsal sahələri yaradaraq öz məhsullarını qonşu ölkələrə ixrac edə biləcəklər.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib ki, Azərbaycan hökuməti 2007-ci ildə Ələt qəsəbəsində yeni müasir Limanın inşası haqqında qərar qəbul edib. Cari il mayın 14-də isə tikinti işləri tamamlanıb və Prezident İlham Əliyev yeni limanın açılışında iştirak edərək, onun fəaliyyətinə dair müvafiq tapşırıqlar verib.

Hazırda limanın illik aşırma potensialı 15 milyon ton yük, həmçinin 100 min TEU konteyner təşkil edir. Ən sonuncu texnoloji avadanlıqlar, müasir kranlar, konteyner və digər yükləri tez bir zamanda aşırmaq gücündə olan texnika ilə təmin olunan qurumda, əməliyyatlar avtomatlaşdırılıb. Nəticədə həm liman işçiləri, həm də yük sahibləri onlayn rejimdə yüklər ilə bağlı məlumat əldə edə bilirlər.

Nümayəndə heyətinin rəhbəri, Şenyan şəhər İqtisadiyyat və informasiya komitəsinin rəis müavini Ma An Lin Bakı Limanının baş direktoru Taleh Ziyadovu salamlayaraq, həm Bakı Limanı, həm də Azad İqtisadi Zonadan böyük gözləntilərinin olduğunu bildirib. O qeyd edib ki, “Ələt qəsəbəsində Azad İqtisadi Zonasının yaranması, Bakının beynəlxalq qovşağa çevrilməsi ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək və bir çox sənaye sahələrinin inkişafında mühüm rolu oynayacaq.”

Görüşün sonunda qonaqlar liman ərazisinə baxış keçiriblər və onları maraqlandıran suallara cavab verilib.