Alternative content

19:38 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
04:07 16.07.2018

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında və Polşa parlamentarizminin 550 illik yubileyinə həsr olunmuş xüsusi iclasda iştirak etmək üçün iyulun 11-14-də Polşanın paytaxtı Varşavada səfərdə olub.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Valeh Ələsgərov Polşa Senatı Marşalının müavini Adam Biyelan ilə görüşüb. Görüşdə Milli Məclisin sədr müavini 2018-ci ilin həm Azərbaycan, həm də Polşa üçün tarixi yubileylərin keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Ölkələrimizin siyasi əməkdaşlığının uğurla davam etdirildiyi, Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların mövcud olduğu bildirilib. Valeh Ələsgərov Azərbaycanın transregional əhəmiyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Söhbət zamanı ölkə parlamentləri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısı çərçivəsində “Parlament əməkdaşlığının gücləndirilməsi: Regionun inkişafı naminə imkan kimi” mövzusunda keçirilən paneldə çıxış edən Valeh Ələsgərov toplantının regionda parlamentlərarası çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə müsbət təsirini vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolu haqqında geniş məlumat verib. Valeh Ələsgərov Azərbaycanın Avropa və Asiya qitələrini birləşdirən əhəmiyyətli nəqliyyat layihələrinə imza atdığını və bu layihələrin əsasında etibarlı əməkdaşlığın dayandığını söyləyib.

Milli Məclisin sədr müavini Azərbaycanın toplantıya qatılan Ermənistandan başqa bütün iştirakçı ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib, işğalçı Ermənistanın isə regional əməkdaşlıqdan kənar qaldığını qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Valeh Ələsgərov Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığını vurğulayıb və iclas iştirakçılarını ölkəmizin öz ərazi bütövlüyünü tezliklə təmin edəcəyinə əmin edib.

Səfər çərçivəsində Valeh Ələsgərov Polşa parlamentarizminin 550 illik yubileyi və ölkənin müstəqilliyinin bərpa edilməsinin 100 illiyinə həsr olunmuş xüsusi iclasa da qatılıb. İclasda Polşa Prezidenti Andjey Duda çıxış edib.