Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

11:01 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu cənub bölgəsində silsilə maarifləndirmə tədbirləri təşkil edib
Bilik Fondu cənub bölgəsində silsilə maarifləndirmə tədbirləri təşkil edib
ANA SƏHİFƏ / Elm və texnika
09:07 15.07.2018

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu iyulun 8-dən 15-dək Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında silsilə maarifləndirmə tədbirləri təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yuxarıda adı çəkilən hər bir rayonun Heydər Əliyev mərkəzlərində, eləcə də Astara rayonunun Kijəbə qəsəbə, Pensər kənd cümə və Hacı Teymur məscidlərində, Lənkəran şəhərindəki cümə və Osargücə dini icmasında, Lerik rayonundakı Lüləkəran kənd məscidində, Lerik və Lənkəran Tarix-Diyarşünaslıq Muzeylərində keçirilən tədbirlərdə “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi”, “Prezident İlham Əliyev və Azərbaycan mətbuatı” “Azərbaycanın cənub bölgəsi Cümhuriyyət dövründə”, “Prezident İlham Əliyevin milli-mənəvi və dini dəyərlər siyasəti”, “Azərbaycaçılıq-bizi birləşdirən dəyər”, “Dini ayinlərimizin əxlaq və qanunlar çərçivəsi”, “Gəncə hadisələri-Azərbaycanın sabitliyinə, sivil tərəqqisinə qəsddir”, “Dindarların dini ekstremizmə qarşı mübarizədə rolu”, “Din-dövlət münasibətləri hüquqi müstəvidə”, “Elm və din” və digər mövzularda keçirilən mühazirə, “dəyirmi masa”, seminar və görüşlərdə minədək dinləyici iştirak edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, manera.az saytının baş redaktoru Şəhla İbişova, ilahiyyatçılar Emin Həmidli, Fariz Veysəlov, Ayaz Mirzəyev, Rauf Əliyev, Əməkdar Müəllim, filoloq Azər Kişiyev, şair Nizami Azəri və başqalarının elmi-tarixi, dini mövzularda mühazirə və çıxışları maraqla qarşılanıb.

Keçirilən tədbirlərdə ziyalıların, dindarların, ictimaiyyət nümayəndələrinin fikirləri, təklif və məsləhətləri dinlənilib, onların sualları cavablandırılıb.

Çıxışlarda Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi və dini dəyərlərimiziin təbliğinin həm dövlətimizin siyasətində, həm də Bilik Fondunun fəaliyyətində mühüm istiqamət olduğu, ölkəmizin multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, milli əxlaqi adət, ənənələrimizi qoruyub saxladığı, xalqımızın söykəndiyi bu dəyərlərin ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğu diqqətə çatdırılıb.

Son zamanlar baş verən Gəncə hadisələrinə toxunan natiqlər hər bir vətəndaşın Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyə, demokratik-hüquqi tərəqqiyə, milli birlik və bərabərliyə qəsd olduğunu qeyd edib, pozucu qüvvələrin, cinayətkar ünsürlərin hərəkətlərini pisləyərək, qanunsuz əməlləri törədənlərin, təşkilatçıların layiqli cəza almasını tələb ediblər.

İctimaiyyət nümayəndələri çıxışlarında dövlətimizin başçısının ölkəmizdə yaşayan bütün xalqların rifahının yüksəlməsinə, hüquq və azadlıqlarının təminatına yönəlmiş siyasətini bəyəndiklərini bildiriblər.

Məscid və dini icmaların, seyid ocaqlarının çoxsaylı təmsilçiləri öz çıxışlarında cənub bölgəsində dini zəmində hər hansı bir ziddiyyət, qarşıdurma, ayrı-seçkilik olmadığını qeyd edərək, bu sahədə əldə olunmuş uğurlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, yerli icra orqanlarının apardığı maarifçilik tədbirlərinin mühüm rolu olduğunu vurğulayıblar.

Astara rayonunun Pensər kəndində dindarların birgə vəhdət namazı birlik və bərabərliyin təcəssümü olub. İlk növbədə dindarların dini, milli-mənəvi dəyərlərə xələl gətirmək istəyən ekstremist qruplara və dini radikalizmə qarşı mübarizə aparmalı olduğu, Gəncədə pozucu qüvvələrin cinayətkar hərəkətlərinin həm də dini birliyimizə qarşı yönəldiyi oxunan xütbədə xüsusi vurğulanıb.

Keçirilən maarifləndirmə tədbirlərində ölkəmizin cənub bölgəsində mənəvi dəyərlərimizin qorunması və möhkəmlənməsi sahəsində həyata keçirilən tədbirlərdən danışılıb, Azərbaycanda mövcud dini etiqad azadlığının və dini tolerantlığın beynəlxalq aləmdə rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı mühazirələrdə cənub bölgəsinin tarixi və Cümhuriyyət dövründə baş verən tarixi hadisələr barədə geniş məlumat verilib.

Yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbələri rəhbərlərinin dəstəyi və iştirakı ilə keçirilən tədbirlərdə sakinlər, dindarlar, ziyalılar Bilik Fondunun maarifçilik tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla bildirib ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin tövsiyəsi ilə keçirilən müxtəlif istiqamətli belə silsilə maarifçilik tədbirləri ölkəmizin digər bölgələrini də əhatə edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM