Alternative content

10:05 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
ANA SƏHİFƏ / Mədəniyyət
09:07 15.07.2018

Azərbaycan ilə Kann şəhəri arasında əlaqələrin uzun tarixi var. Azərbaycan mədəniyyəti günləri bu əlaqələri daha da zənginləşdirib. Azərbaycan mədəniyyəti günləri Fransanın milli bayramı ilə eyni vaxtda keçirilir. Bu, Azərbaycan ilə əlaqələrə verdiyimiz əhəmiyyəti əks etdirir.

Bu fikri Fransanın Kann şəhəri merinin müavini Frank Şıkli AZƏRTAC-a müsahibəsində bildirib.

“Bu il azərbaycanlı iki rəssamın əsərlərindən ibarət sərgi təşkil olunub. Bu sərgi iki nəfərin, məhəbbətin baxışlarını əks etdirir. Mən bunu Azərbaycan-Kann cütlüyünün rəmzi kimi qəbul edirəm”, - deyə F.Şıkli söyləyib.

Kann şəhəri merinin müavini bildirib ki, Azərbaycan ilə Fransa arasında iqtisadi münasibətlər də yüksək səviyyədə inkişaf edib. İki ölkə, o cümlədən Azərbaycan ilə Kann şəhəri arasında əlaqələr də möhkəmlənir. Bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanın əməkdaşlıq etdiyi “Thales SA” şirkətinin əsas ofisi də Kannda yerləşir. Əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsi və möhkəmlənməsi istiqamətində Azərbaycanın Fransadakı səfiri ilə müzakirələr aparmışıq.