15 Iyul 2018 12:07
867
Qanunlar
A- A+

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alır:

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, №8, maddə 405; 2008, № 8, maddə 710) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədən “və feldyeger rabitəsini həyata keçirən dövlət qulluqçularının hüquqi vəziyyətini” sözləri çıxarılsın.

2. 2.0.1-ci maddədə “xüsusilə mühüm” sözləri “xüsusi əhəmiyyətli” sözləri ilə əvəz edilsin.

3. 2.0.2-ci və 6.1.5-ci maddələrdən “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə” sözləri çıxarılsın.

4. 2-ci maddədə “2.0.”, “2.0.1.” və “2.0.2.” rəqəmləri  “2.1.”, “2.1.1.” və “2.1.2.” rəqəmləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən  bu qanunun 2.1.1-ci maddəsində göstərilməyən korrespondensiyalarının müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsi orqanına təhvil verilməsi qadağandır.”.

6. 6.1.1-ci maddə və  III fəsil ləğv edilsin.

7. 6.4-cü maddədə “açıla” sözündən sonra “, yoxlanıla” sözü əlavə edilsin.

8. 6.5-ci maddədə “xüsusi” sözü “operativ” sözü ilə əvəz edilsin.

9. 11.4-cü maddədə “normalar əsasında” sözləri “normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin.

10. 11.5-ci maddədə “xüsusi geyim forması” sözləri  “hərbi geyim forması” sözləri ilə əvəz edilsin.

11. 11.6-cı və 11.8-ci maddələr ləğv edilsin.

12. Aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin:

“12.3. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

13. V  fəsil aşağıdakı redaksiyada verilsin:

 

“ V FƏSİL

YEKUN MÜDDƏALAR

 

Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət

Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video