Alternative content

17:38 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Final oyununa 10-dan çox dövlət başçısı gələcək
Final oyununa 10-dan çox dövlət başçısı gələcək
ANA SƏHİFƏ / İDMAN
12:07 15.07.2018

 

Dünya çempionatının Moskvada keçiriləcək final oyununu 10-dan çox dövlət başçısı canlı izləyəcək. Matç bu gün “Lujniki” stadionunda keçiriləcək.

TASS agentliyinin xəbərinə görə, dünən Rusiya Prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbas, Qabon Prezidenti Əli ben Bonqo Ondimba, Sudan Prezidenti Ömər Bəşir və Moldova Prezidenti İqor Dodonla görüşmüşdür. Bu gün isə Rusiya liderinin Macarıstanın Baş naziri Viktor Orban, Fransa Prezidenti Emmanuel Makron, Xorvatiya lideri Kolinda Qrabar-Kitaroviç və digər dövlət başçıları ilə görüşü nəzərdə tutulmuşdur.

Putin həmçinin Beynəlxalq Olimpiya Komitəsinin başçısı Tomas Baxı qəbul edəcək. Bundan sonra dövlət başçıları final oyununa baxmağa yollanacaq.