Alternative content

03:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mundialın ən yaxşısı Modriçdir
Mundialın ən yaxşısı Modriçdir
ANA SƏHİFƏ / İDMAN
12:07 14.07.2018

 

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç maraqlı açıqlaması ilə diqqət çəkib. Qol.az-ın verdiyi xəbərə görə, 51 yaşlı mütəxəssis bildirib ki, dünya çempionatının ən yaxşı oyunçusu Luka Modriçdir: “Dünya çempionatından öncə hər kəs Messi, Ronaldo və ya Neymarın mundialın ən yaxşı oyunçusu olacağını iddia edirdi. Hazırda onlar çimərlikdə istirahət edirlər. Modriç isə çıxışını davam etdirir.  Luka “Real”da əla mövsüm keçirib. Ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub. “Qızıl top”u kimin qazanacağını deyə bilmərəm, amma DÇ-2018-in ən yaxşı oyunçusu Modriçdir”.