13 Iyul 2018 10:07
364
İDMAN
A- A+

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası fəaliyyətə başlayıb

 

 

Azərbaycanda idmanın təbliği sağlam həyat tərzinə hesablanıb. Respublikamız dünyada idman ölkəsi kimi tanınır. Artıq ölkəmizdə Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası fəaliyyətə başlayıb. Ümid edirəm ki, federasiya qazandığı nailiyyətlərlə xalqımızı sevindirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 13-də Bakıda Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

BŞGİBİ-nin rəisi bildirib: “Ümid edirəm ki, federasiyanın təşkilatçılığı ilə mütəmadi olaraq paytaxt və ölkə çempionatları təşkil olunacaq, idmanın bu növü Azərbaycanın bütün bölgələrini əhatə edəcək, regionlarda nümayəndəliklər yaradılacaq. Əsas amillərdən biri də yüksək kateqoriyalı hakimlərin yetişdirilməsidir. Ölkəmiz yüksək təşkilatçılıq bacarığı ilə seçilir. İdmanın bu növü üzrə ölkəmizdə irimiqyaslı yarışların keçirilməsi bizi çox sevindirər”.

Döyüş sənətinin orta və ali təhsil müəssisələrində təbliğinin vacibliyini diqqətə çatdıran R.Abbasov federasiyaya uğurlar arzulayıb.

Sonra federasiyanın idarə heyətinin üzvlərinə vəsiqələr təqdim olunub.

İlk vəsiqə federasiyanın prezidenti Asif Sayadova təqdim edilib.

Asif Sayadov döyüş sənətinin ölkəmizdə inkişafı haqqında məlumat verib, perspektivlərdən danışıb və idmanın bu növü üzrə uğurun əldə olunması üçün qarşıda duran vəzifələrdən söz açıb. İdmanın bu növünün ölkəmizdə on il əvvəl tədris olunduğunu vurğulayan A.Sayadov Vətənə layiqli idmançılar yetişdirəcəklərinə söz verib.

“Federasiyanın məqsədi idmanın növünü ölkəmizdə inkişaf etdirmək, gənc nəslin sağlam ruhda böyüməsinə nail olmaqdır. Eləcə də gənclərə vətənpərvərlik hisslərini aşılamaq və ölkəmizin idman şərəfini layiqincə qorumaq üçün əlverişli şərait yaratmaq prioritet istiqamətlərimizdəndir”, - deyə A.Sayadov əlavə edib.

Sonra federasiyanın birinci vitse-prezidenti Jalə Əhmədovaya, vitse-prezidentlər İlqar Mustafayevə və Fərid Mayılova vəsiqələr təqdim olunub.

Vitse-prezidentlər tədbirə qatıldıqları üçün tanınmış idmançılara və idman xadimlərinə minnətdarlıqlarını bildirib, bundan sonrakı yarışlarda da bir yerdə olacaqlarına inandıqlarını qeyd ediblər.

Daha sonra Olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli, Zemfira Meftaxetdinova, Lyudmila Şubina, dəfələrlə dünya və Avropa çempionu olan karateçi Rəfael Ağayev, kikboksinq üzrə titullu idmançı Eduard Məmmədov və digərləri federasiyanın yaradılmasının əhəmiyyətini qeyd edib, fəaliyyətində uğurlar arzulayıblar.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, vinq çun böyük fəlsəfəsi olan qədim Çin döyüş sənətidir və 1700-1820-ci illərdə bu ölkədə yaradılıb. Bu döyüş sənəti ölkəmizə ilk dəfə 2008-ci ildə Şərq döyüş növləri üzrə Əməkdar Məşqçi, beynəlxalq dərəcəli usta Asif Sayadov tərəfindən gətirilib. Ötən on il ərzində bir sıra yerli və xarici federasiyalarla sıx əlaqələr yaradılıb, müxtəlif Avropa və dünya çempionatlarında idmançılarımızın iştirakı təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video