Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:39 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İranlı nazir: Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində Azərbaycanla əməkdaşlığa hazırıq
İranlı nazir: Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində Azərbaycanla əməkdaşlığa hazırıq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:07 13.07.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və İran arasında qədim tarixə malik əlaqələrin bu gün yüksək səviyyədə olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin milli inkişaf siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin sosial firavanlığın təminatına yönələn siyasətə söykəndiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, əlilliyi olan şəxslərin sağlamlığının bərpası, onların peşə və sosial reabilitasiyası Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Hazırda nazirliyin respublikanın bütün bölgələrini əhatə edən bərpa mərkəzləri şəbəkəsi fəaliyyət göstərir. Dövlət başçısının tapşırığına əsasən, reabilitasiya sisteminin müasir tələblərə uyğun yenidən qurulması üçün mühüm addımlar atılır. Artıq nazirliyin bir çox bərpa mərkəzlərində yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Hazırda BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin reabilitasiyasında sosial modelin tətbiqi prinsipləri əsasında “Fərdi reabilitasiya proqramın”ın hazırlanması işləri davam etdirilir. Əsas məqsəd əlilliyi olanların tibbi reabilitasiyasından sosial reabilitasiyasına və daha sonra peşə reabilitasiyasına, nəticədə onların yenidən cəmiyyətə qazandırılmasına nail olmaqdır.

Nazir bu sahədə İranla əməkdaşlıq müstəvisində fəal təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı ola biləcəyini, eyni zamanda, tibbi-sosial reabilitasiya sahəsində yüksək səviyyəli kadr potensialının formalaşdırılması üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.

İranlı nazir ölkəsi ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, İranda səhiyyənin, reabilitasiya sisteminin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Nazir tibbi-sosial reabilitasiya sisteminin səmərəli təşkili, əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində ikitərəfli əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Görüşdə əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM